Təhsildə dərslik məsələsində yeniliklər aparılır. Yeni hazırlanan dərsliklərin ilkin olaraq ibtidai siniflər üçün tətbiq edilməsi planlaşdırılır. ONN media xəbər verir ki, bunun Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, yeni çap olunan Ana dili və Riyaziyyat fənni üzrə dərsliklər 2 hissədən ibarət olacaq ki, bu da onların əlavə fiziki yükünü azaldacaq: "Yenilik növbəti ildən tətbiq ediləcək. Məktəb dərsliklərinin istifadə müddəti ilə bağlı deyə bilərəm ki, hazırkı reqlamnetə əsasən, dərsliklər 4 il üçün çap edilib təhvil verilir. Nazirlik hazırda müxtəlif yaş qrupları üzrə müxtəlif istiqamətdə dərsliklərin ərsəyə gətirilməsi üzərində işləyir. Hesab edirəm ki, dərs yükü çox olan dərsliklərin 2 hissədən ibarət olması daha məqsədəuyğundur". Nazir ötən tədris ilində qeydə alınan nöqsanlardan da danışıb. Bildirib ki, 2018/2019-cu il tədris ilində 4 min şagirdin sinifdə qalması faktı qeydə alınıb: "Bu məsələ, təbii ki, nazirlik olaraq bizi də narahat edir. Bu hallara baxılır, analiz edilir. Azərbaycan ümumtəhsil sistemində 1 milyona yaxın şagird təhsil alır. Şagirdlərin sinifdə qalmasının bir sıra meyarları var. Orta təhsil səviyyəsində şagirdin il ərzində 4 və daha çox fəndən uğursuzluğu varsa, şagird sinifdə saxlanır. Bu rəqəm 4-dən azdırsa, yay tətili zamanı şagirdlərə müəyyən tapşırıqlar verilir, daha sonra onların nəticələri qiymətləndirilir və növbəti sinfə keçirilir".
Bu fənlər üzrə dərsliklər 2 hissəli olacaq - YENİLİK



Dərsliklərlə bağlı dəyişiklik olacaq
Azərbaycanda ehtiyat dərsliklər hazırlanır
Bu şagirdləri üçün yeni ehtiyat dərslikləri istifadəyə veriləcək
Nəşriyyatlara dərsliklərlə bağlı tapşırıq verildi
Bu tarixədək dərsliklər şagirdlərə paylanılacaq - NAZİRLİK
IV-VIII sinifləri üçün dərsliklər YENİLƏNDİ
Məktəblərdə dərsliklər paylanılır
İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq
Təhsil Nazirliyi: Orta məktəb dərslikləri yeni məzmunda hazırlanıb
"Azərbaycan dili" imtahanında yenilik ediləcək
Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi
Məleykə Abbaszadə abituriyentlərə müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 