Mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə Azərbaycan dünyada 18-ci yerdədir. Deyə bilərəm ki, bu hesabat dünyanın 141 ölkəsi arasında keçirilən tədqiqatın nəticələri əsasında hazırlanıb dərc edilmişdir. Polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə Azərbaycan 30-cu yerdədir. ONN media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Prezident yanında keçirilən iqtisadi müşavirədəki çıxışında deyib. Prezident bildirib ki, mülkiyyət hüquqlarının qorunması sahəsində bizim yerimiz 37-cidir: “Hökumətin, yəni, dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycan, fikir verin, dünya miqyasında 10-cu yerdədir. Yəni, bu, onu göstərir ki, düşünülmüş uzunmüddətli siyasət Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir. Rəhbərliyin dəyişikliklərə, yəni, islahatlara meyillilik səviyyəsinə görə biz dünyada 5-ci yerdəyik. Nəqliyyat infrastrukturuna görə 31-ci yerdəyik. Yol infrastrukturuna görə 27-ci yerdəyik. Biz keçən hesabatda 34-cü yerdə idik, indiki hesabatda 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Dəmir yollarının səviyyəsinə görə 34-cü yerdəyik. Nəqliyyat xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdəyik. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə biz dünyada ikinci yerdəyik”. Prezident vurğulayıb ki, fəal əhalinin rəqəmsal qabiliyyətinə görə 19-cu yerdəyik: “Bu, xalqımızın istedadını və mütərəqqi meyillərə yaxın olduğunu göstərir. Biznesi başlamaq baxımından biz 8-ci yerdəyik və bu rəqəmlər əlbəttə ki, həqiqəti əks etdirir. Çünki Davos Ümumdünya İqtisadi Forumu dünyanın aparıcı beynəlxalq maliyyə qurumlarından biridir və çox mötəbər forumdur. Bildiyiniz kimi, Azərbaycan Prezidenti müntəzəm olaraq forumun iclaslarında iştirak edir”.
Prezident hansı qurumların işindən razıdır? - Siyahı



"Xəzərdəki ən böyük donanma bizə məxsusdur" - İlham Əliyev
Hərbi xərclərə görə dünyada neçənci yerdəyik?
Bax, budur bugünkü Azərbaycan!- İlham Əliyev
İlham Əliyev: "Son 15 il ərzində ölkəmizə 230 milyard dollar sərmayə cəlb edə bilmişik"
İlham Əliyev - "Türkiyə nə qədər güclü olarsa..."
“İqtisadi siyasətimiz mükəmməldir” – İlham Əliyev
Bu göstəriciyə görə Azərbaycan dünyada 9-cu yerdədir
Prezident: “Bu sahədə islahatlara çox ciddi ehtiyac var”
Prezident: “Azərbaycan Xəzərdə 260 gəmidən ibarət ən böyük donanmaya malikdir”
Prezident İlham Əliyev bu ölkəyə səfərə gedir
İlham Əliyev onları “Şöhrət” ordeni ilə təltif etdi
Ermənistan bunu qəbul edib - Prezident açıqladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 