"Azərbaycan bu müddət ərzində həm də etibarlı tranzit ölkəyə çevrildi. Təkcə təchizatçı deyil, həm də tranzit ölkəyə çevrildi. Xəzərin şərq sahillərində yerləşən ölkələr beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən nəql edirlər. Həmçinin Rusiya şirkətləri tərəfindən bu ölkənin Xəzər dənizi sektorundan çıxarılan neft bizim sistemimiz - Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq bazarlara nəql edilir. Beləliklə, biz artıq tranzit ölkəyik". ONN media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında deyib. Dövlət başçısı bildirib: "Tranzit ölkə kimi rolumuz əminəm ki, artacaq. Bu, həmçinin Azərbaycanın nəqliyyat sektorunun sürətli inkişafını stimullaşdırmışdır. Bu gün bu sektor çox müasir və səmərəlidir, Avrasiya nəqliyyat qovşağı kimi mövqelərimizi gücləndirməyə kömək edəcək. Xəzərdəki ən böyük donanma bizə məxsusdur, 200-dən çox gəmimiz var. Hazırda həm bizim, həm də konsorsium üçün zəruri gəmilər istehsal edən çox müasir gəmiqayırma zavodumuz var. Biz 6 beynəlxalq hava limanı tikmişik. Onlardan biri - Heydər Əliyev Beynəlxalq Aeroportu 5 ulduza layiq görülmüş hava limanıdır. Bu, dünyadakı beşulduzlu 10 hava limanından biridir. Biz dəmir yolu sistemimizi müasirləşdirmişik və bu proses davam etməkdədir. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, Azərbaycan dəmir yollarının səmərəliliyinə görə dünyada 12-ci yerdədir. Azərbaycan hava yollarının səmərəliliyinə görə dünyada 11-ci yerdədir. Yolların keyfiyyətinə görə biz dünyada 27-ci yerdəyik. İnfrastrukturun keyfiyyətinə görə isə 34-cü yerdəyik. Beləliklə, nəqliyyat sektorunun inkişafı çox sürətli olub".
"Xəzərdəki ən böyük donanma bizə məxsusdur" - İlham Əliyev



İlham Əliyev: Azərbaycan mühüm tranzit ölkəyə çevrilir
Prezident İlham Əliyev: Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir
Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxış etdi
“Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir”- İlham Əliyev
"Biz məqsədimizə çatmışıq"- Prezident
İlham Əliyev Nazirlərin beşinci toplantısında iştirak edir
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev bu görüşün anonsunu verdi
Türkmənistan Bakı ilə memorandumu təsdiq etdi
Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin IV iclasında iştirak edir
Bakıda mühüm toplantı: Prezident iştirak edir
Prezident Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı sərəncam imzaladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 