Bu il BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 30 illiyi qeyd edilir. Ombudsman Aparatından verilən məlumata görə, bu mühüm sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilib, iqtisadi, sosial, mədəni, hüquqi və digər sahələrdə mühüm islahatlar aparılır. Hər il olduğu kimi, bu il də Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Bu məqsədlə aylıq çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, QHT və KİV-lərə, icmalara ünvanlanan müraciətlər əsasında müxtəlif tədbirlər, dəyirmi masalar, treninq-seminarlar keçirilir, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur ki, bu da uşaqların hüquqlarının səmərəli təmininə və təbliğinə, həmçinin onların fəallığına və iştirakçılığına xidmət edir. Məlum olduğu kimi, Avropa Şurası bu il 18 noyabr tarixinin Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsinə dair Avropa Günü kimi qeyd edilməsini qərara alaraq, bununla bağlı müvafiq tədbirlər, proqramlar və başqa təşəbbüslərin həyata keçirilməsi ilə əlaqədar üzv ölkələrə müraciət edib. Qeyd edilməlidir ki, Aylıq çərçivəsində keçirilən tədbirlərdə uşaqlara qarşı ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması məsələləri də müzakirə olunacaqdır.
Uşaq hüquqları aylığına start verilir



Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür
Ombudsman dünya ictimaiyyətinə çağırış etdi
Azərbaycanlıya UNICEF-də vəzifə veridi - FOTO
Uşaq hüquqları ilə bağlı yeni sənəd hazırlanıb
2 saylı Kliniki Psixiatriya Xəstəxanasına başçəkmə həyata keçirilib
Ombudsman Elvin İsayevə baş çəkib
Azərbaycanda uşaq nikahları 10 dəfə azalıb
Bu il Azərbaycanda 99 uşaq övladlığa verilib
İlham Əliyev “Uşaq hüquqları haqqında” Qanuna edilən dəyişikliyi təsdiqlədi
Ermənilər 189 azərbaycanlı uşağı qətlə yetirib
Yetkinlik yaşına çatmayan qız doğuş həyata keçirdi - GƏNCƏDƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 