Uşaq nikahlarının sayı son 10 il ərzində 10 dəfə aşağı düşüb. ONN media bildirir ki, bu barədə Axar.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı danışarkən bildirib. “Yalnız bir gün deyil, hər gün uşaqların günüdür. Azərbaycanda bütün sahələrdə uşaq hüquqlarının təmin edilməsi istiqamətində mühüm siyasət aparılır. Təəssüf ki, mənfi nəticələrlə də üzləşirik. Bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da uşaqların intiharı hadisəsi, ailədə azyaşlılara qarşı zorakılıq faktları, orta təhsil müəssilərində uşaqların bir-birinə qarşı zorakılığı, o cümlədən erkən yaşda uşaqların nikaha cəlb edilməsi qeydə alınır. Buna baxmayaraq, müsbət haldır ki, son 10 il ərzində Azərbaycanda uşaq nikahlarının sayı 10 dəfə aşağı düşüb: yəni 4 mindən 350-360-a düşüb”, - E.Səfərov qeyd edib. Pandemiya ilə əlaqədar olaraq, həssas kateqoriyalı uşaqlarla bağlı keçirilən tədbirlərdə məhdudiyyətlər var. Lakin Komitə tərəfindən hazırda həmin uşaqlara onlayn psixoloji və sosial yardım göstərilir, aztəminatlı ailələr mobil telefon və kompüterlə təmin edilir. Pandemiya dövründə məişət zorakılığına qarşı onlayn yardım məqsədilə ilk dəfə Komitə tərəfindən 860 “Qaynar xətt”i yaradıldı. Qurum rəsmisi bildirib ki, 2 iyun 2020-ci il tarixdə Prezident İlham Əliyev tərəfindən Azərbaycan tarixində ilk dəfə olaraq “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” haqqında Sərəncam, həmçinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” imzalanıb: “Bütün nazirliklər və komitələr tərəfindən hazırda bu sərəncamlara əsasən, uşaqların səhiyyə, idman sahəsində inkişafı, asudə vaxlarının səmərəli keçirilməsi, yaradıcılıq imkanlarının artırılması, yeni texnologiya ilə təmin edilməsi işləri həyata keçirilir”.
Azərbaycanda uşaq nikahları 10 dəfə azalıb



Azərbaycanda doğulan uşaqların sayı azalıb
Masallıda 16 yaşında ərə verilən qız öldü - Dövlət qurumları hərəkətə keçdi
Dövlət Komitəsi uşaq evində azyaşlının döyülməsi faktını nəzarətə götürdü
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür
Ermənilər 189 azərbaycanlı uşağı qətlə yetirib
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür
Dövlət Komitəsinin yeni tərkibi təsdiqləndi - QƏRAR
Ölkədə boşananların sayı artıb - SON 5 İLİN ƏN YÜKSƏK SAYI
Azərbaycanda 538 körpə fiziki qüsurlu doğulub- SƏLİM MÜSLÜMOV
Uşaq hüquqları aylığına start verilir
Azərbaycanda 1 yaşadək uşaqların ölüm SƏBƏBİ AÇIQLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 