Bakı Metropoliteni QSC-nin stansiyalarının rəislərinin yerləri dəyişib. ONN media xəbər verir ki, bu barədə qurum rəisi Zaur Hüseynov əmr imzalayıb. Onların bəzilərinin adları məlum olub. Z.Hüseynovun əmrinə əsasən metronun "Şah İsmayıl Xətai" stansiyasının rəisi Cümşüd Cəfərov vəzifəsindən azad edilərək "Sahil" stansiyasına, "Neftçilər" stansiyasının rəisi Dəyanət Dadaşov isə vəzifəsindən azad edilərək "Şah İsmayıl Xətai" stansiyasına rəis təyin edilib. Bundan əlavə "Sahil" stansiyasının rəisi Yusif Şabanov "Nizami" stansiyasına rəis kimi transfer olunub. "Əhmədli" stansiyasının rəisi Vidadi İbrahimov vəzifəsindən azad edilərək "28 May" stansiyasının rəisi təyin edilib. Metronun "Memar Əcəmi 2" stansiyasının rəisi Faiq Həsənovla "Avtovağzal" stansiyasının rəisi Seyfulla Vəliyev öz aralarında yerlərini dəyişib. "Bakmil"in rəisi Əlişan Ağayev "Memar Əcəmi" stansiyasına, "Memar Əcəmi" stansiyasının rəisi Sərdar Babayev isə "Bakmil"ə rəis təyin edilib. Həmçinin "28 May" stansiyasının rəis müavini Zəfər Əhmədov "Sahil" stansiyasında eyni vəzifəyə təyinat alıb. "Nizami" stansiyasının rəis müavini "28 May" stansiyasına müavin gətirilib. Qeyd edək ki, yerdəyişmə ilə bağlı məsələlərə “Bakı Metropoliteni” aydınlıq gətirməyib. Xatırladaq ki, “Bakı Metropoliteni”nin 25 stansiyası var.report
Metronun bütün stansiyalarının rəisləri dəyişdi



Bakı metrosunun 3 stansiya rəisi vəzifəsindən azad edildi
Bakı metrosunun 26 stansiyasında rəislər dəyişdirilib
“Bakı Metropoliteni” QSC-də YENİ TƏYİNATLAR
"8 noyabr" stansiyasına rəis müavini təyin edildi
Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR
Ramil Usubovdan yeni TƏYİNAT
"Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxdı - Bu vəzifəyə təyin edildi
Ramil Usubovdan yeni təyinat
Rüstəm Usubovun bacısı əri rəis vəzifəsindən çıxarıldı
22-ci Polis Şöbəsinə yeni rəis təyin edildi
Ramil Usubovdan yeni TƏYİNATLAR - SİYAHI
Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 