Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Feysal bin Abdullah Həməd Abdullah Əl Hənzabı qəbul edib. Xarici İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, görüşdə Azərbaycan və Qətər arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və iqtisadi-ticarət, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb. Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib. Qətər Dövləti ilə Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlığı yüksək qiymətləndirən E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Qətər tərəfinə təşəkkürünü çatdırıb. Nazir Qətər vətəndaşları üçün viza rejiminin tam ləğv edilməsi haqqında sazişin təsdiq edilməsinin iki ölkə arasında turist axınının artmasına təkan verəcəyinə əminliyini ifadə edib. Qətərin səfiri diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. O, ölkəsinin hər zaman qardaş və dost Azərbaycan xalqının yanında olduğunu bəyan edib. E. Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XİN başçısı yeni səfirlə görüşdü



Məmmədyarov yeni səfirlə görüşdü
Elmar Məmmədyarov Əfqanıstanın yeni Səfirini qəbul edib
Nazir yeni səfiri qəbul etdi
Prezident Qətərin Xarici İşlər nazirini qəbul etdi
Rusiyanın yeni səfiri Elmar Məmmədyarovla görüşdü
Küveytdən Qarabağ məsələsində Azərbaycana DƏSTƏK
İlham Əliyev Qətər səfiri ilə görüşdü
Bolqarıstan Azərbaycana yeni səfir təyin etdi
Elmar Məmmədyarov bir sıra görüşlər keçirdi
Azərbaycan və Ukrayna XİN rəhbərləri arasında telefon danışığı oldu
Azərbaycan və Qətər arasında protokol imzalandı
Qətərin baş naziri istefa etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 