Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-i nazir Elmar Məmmədyarovun “İzvestiya” qəzetinə müsahibəsini şərh edərək guya ki, Azərbaycanın “Kazan sənədi”ndən imtina etməsinə münasibət bildirib. Bu barədə XİN məlumat yayıb. "Əvvəlcə məsələnin tarixçəsini qısaca xatırlatmaq istərdim. Hazırkı proses 2004-cü ildə Praqada Ermənistan və Azərbaycan XİN-ləri səviyyəsində aparılan danışıqlarla başladı və 2007-ci ildə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən “Madrid prinsipləri” kimi tanınan təkliflərin işlənib-hazırlanmasına gətirib çıxardı. 2009-cu ildə bu təkliflər təkmilləşdirilərək, “Yenilənmiş Madrid prinsipləri” adı altında təqdim olundu. Bu təkliflərə əsasən, 2009-2013-cü illərdə ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin başçıları münaqişənin həllinin əsas konturlarını göstərən birgə bəyanatlarla çıxış etdilər. Məhz bu məntiq həmsədrlərin sonrakı fəaliyyətlərində əsas götürülür və bəyanatlarında, o cümlədən cari ilin 9 mart tarixli bəyanatında, öz əksini tapır. Ermənistan Xarici İşlər Nazirliyinə bu bəyanatların bütün müddəalarını yaddaşlarında yeniləmələrini tövsiyə edirik. “Kazan sənədi”nə gəldikdə isə, bu sənəd də BMT-nin Nizamnaməsi və Helsinki Yekun aktında təsbit olunmuş beynəlxalq hüququn norma və prinsipləri, BMT TŞ-nin məlum qətnamələri və digər beynəlxalq təşkilatların müvafiq qərarları əsasında tərtib edilib. Azərbaycan isə beynəlxalq ictimaiyyətin də tələb etdiyi kimi, işğal olunmuş ərazilərimizin azad olunması və bu torpaqlardan didərgin düşmüş insanların öz evlərinə geri qayıtmasını təmin edən bütün sənədlər əsasında substantiv danışıqların davam etdirilməsini hər zaman dəstəkləyib. Ermənistan tərəfinin bu kimi cılız və gülünc açıqlamalarla çıxış etməsinin dəfələrlə şahidi olmuşuq. Lakin belə yaramaz cəhdləri davam etdirmək əvəzinə, Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməli və bölgədəki sülh və təhlükəsizliyi, eləcə də işğalçı ölkənin özünün qeyri-konstruktiv mövqeyi səbəbindən düşdüyü dalandan çıxmasını təmin edə biləcək addımlar atmalıdır”.
Bakı "Kazan sənədi"ndən imtina edib? - XİN-in cavabı



Ermənistan ordusu bu torpaqlarımızı TƏRK EDİR
Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş başladı
SON DƏQİQƏ: Məmmədyarovla Mnatsakanyan arasında onlayn görüş keçirilir
"Ermənistan özünü kifayət qədər gülünc vəziyyətə qoyur" - Leyla Abdullayeva
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başladı
Xarici İşlər Naziri ATƏT-in Baş katibi ilə görüşüb
Minsk Qrupunu ləğv ediblər - Lavrov
Elmar Məmmədyarov həmsədrlərlə görüşdü
Mnatsakanyanın həmsədrlərlə Cenevrə görüşü başladı
Məmmədyarov-Mnatsakanyan görüşünün yeri və vaxtı açıqlandı
Elmar Məmmədyarovun Nalbandyanla görüşü başladı
TƏCİLİ: Qarabağla bağlı Cenevrə görüşü TƏXİRƏ SALINDI
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 