Nyu Yorkda BMT Baş Assampleyasının 74-cü iclasında iştirakı çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Baş katibi Tomas Qreminger ilə görüşüb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın ATƏT ilə əməkdaşlığa verdiyi mühüm əhəmiyyəti Baş katibin diqqətinə çatdırıb. Tərəflər ATƏT-Azərbaycan əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən Azərbaycanın iştirakı ilə həyata keçirilən və ATƏT məkanında iqtisadi inkişafa töhfə verən layihələr üzrə fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin ATƏT-lə Azərbaycan arasında mövcud əməkdaşlıq proqramları nəzərdən keçirilib.
Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğunun regional sülh və təhlükəsizliyə başlıca təhdid olduğunu qeyd etdi. Daha sonra Xarici İşlər naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli prosesinin mövcud vəziyyəti, o cümlədən Minsk Qrupunun Həmsədrləri ilə Nyu Yorkda baş tutmuş ən son görüş barədə həmsöhbətinə ətraflı məlumat verib.
Nazir münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı və BMT TŞ-nin müvafiq qətnamələri əsasında, eləcə də ATƏT və digər təşkilatların qərar və qətnamələrinə uyğun olaraq həllinin vacibliyini vurğulayıb. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyə, eləcə də tərəqqiyə nail olmaq üçün münaqişənin həllinin vacib şərt olduğunu bildirib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər



Nyu Yorkda ABŞ-Azərbaycan münasibətləri müzakirə olundu
Məmmədyarov İsveçin Xarici işlər naziri ilə görüşüb
Elmar Məmmədyarov həmsədrlərlə görüşdü
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başladı
Elmar Məmmədyarovun Nalbandyanla görüşü başladı
XİN başçısı Quterreşlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi
Məmmədyarov ATƏT-in Baş katibini Bakıya dəvət etdi
Elmar Məmmədyarov: Danışıqlar oktyabrda davam etdiriləcək
Məmmədyarov-Mnatsakanyan görüşünün yeri və vaxtı açıqlandı
Məmmədyarov Polşa Seyminin spikerini Azərbaycana dəvət etdi
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb
Sabah Bakı və İrəvan arasında Qarabağ görüşü keçiriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 