Bugünədək sınanmış ən həcmli mayalı xəmir reseptini çox bəyənəcəksiniz. ONN media xəbər verir ki, xəmirin tərkibində kartof da var.
Tərkibi:
yarım litr su
1 ədəd iri kartof
3 ç/q quru maya
3 x/q şəkər tozu
1 ç/q duz
təxmini 7 stəkana yaxın un
1 stəkan günəbaxan yağı
Hazırlanması:
Kartofu soyub, xırda doğrayın. Yarım litr suda tam bişənədək qaynadın. Suyunu süzmədən blender və ya püreəzənlə püre halına gətirin. Sonda blinçik xəmiri qatılığında kütlə alınmalıdır. İndi isə xəmiri hazırlamağa başlayın. İlıq kartoflu kütləni bir qaba tökün. üzərinə maya, duz, şəkər tozu və bitki yağının böyük hissəsini (birazını sonda tökmək üçün saxlayın) əlavə edib, qarışdırın. Bir neçə stəkan un da töküb, 30 dəqiqə otaq temperaturunda saxlayın. Vaxt tamam olanda yavaş-yavaş yerdə qalan un və yağı da əlavə edin. Xəmiri öncə qaşıqla sonra qatılaşdıqca əlinizlə yoğurun. Qabın kənarlarını yağlayıb, xəmiri qoyun. Üzərini örtüb, xəmirin tam acımağını gözləyin. Sonra tavada istədiyiniz içlikli pirojok hətta sobada dadlı bulkalar hazırlaya bilərsiniz.(publika)



Ən gizli və ideal blinçik resepti
Lahmacun RESEPTİ
İtalyan pizzası resepti
Ev şəraitində marsipan və mastika xəmirinin hazırlanması - QAYDALAR
Evdə hazırlanan sadə lahmacun - RESEPTİ
Novruz bayramının ayrılmaz şirniyyatlarından şəkərbura - HAZIRLANMA QAYDASI
Qaymaqlı peçenye RESEPTİ
Rulet pizzanın RESEPTİ
Kəsmikli, kişmişli keksin HAZIRLANMA QAYDASI
Evdə hazırlanan lahmacun - RESEPTİ
Almalı-qozlu paxlava necə hazırlanır? - RESEPT
New york çizkeyki - Resepti
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 