Tərkibi: 300 qr un 10 qr kərə yağı 300 qr şəkər tozu 250 qr kəsmik 3 ədəd yumurta ½ stəkan süd 100-150 qr kişmiş 2 ç/q qabartma tozu Hazırlanması: Kərə yağını əvvəlcədən soyuducudan çıxardın. Otaq temperaturunda yumşalmış olmalıdır. Daha sonra yumşalmış kərə yağını şəkər tozu ilə birlikdə mikserlə qarışdırın. Şəkər tozu və kərə yağı bir-birinə yaxşı qarışdıqdan sonra buraya kəsmiyi əlavə edin. Əgər kəsmiyiniz çox qurudursa, buraya biraz süd əlavə edə bilərsiniz ki, xəmiriniz çox möhkəm alınmasın. Bu qarışıma 3 ədəd yumurtanı əlavə edin. Daha sonra qabartma tozunu una əlavə edib qarışdırın. Unu ələkdən ələyə də bilərsiniz. Xəmiri qarışdıra-qarışdıra unu əlavə edin. Hamısını birdən əlavə etməyin. Unun miqdarı sizin qarışımınız üçün çox ola bilər. Əgər xəmiriniz yenə də qatı alındısa, biraz süd əlavə edə bilərsiniz. Xəmiri çox yaxşı qarışdırmaq lazımdır. Hazır olan xəmir qatı xamaya bənzəməlidir. Kişmişləri təmizləyib yuyun. Bir müddət qaynar suda saxlayın. Daha sonra xəmirə əlavə edin İndi isə keksi bişirəcəyimiz qabları hazırlayaq. Əgər slikon qablardan istifadə edirsinizsə, onların içinə nəsə vurmaq lazım deyil. Digər qablardan istifadə edirsinizsə, onların içini kərə və ya duru yağla yağlayın. Xəmiri keks qablarına tökdükdə çalışın qabın ⅔ hissəsini doldurun. Çünki keks bişdikcə onun həcmi artacaq. Sobanı 200 dərəcədə qızdırın. Keksləri 30-40 dəqiqə bişirin. Kekslərin bişdiyini yoxlamaq üçün 1 ədəd diş çöpünü keksə batırın. Çöp keksin içindən quru çıxmalıdır. Hazır olan keksləri süfrəyə isti-isti və ya sərin formada verə bilərsiniz. Nuş olsun!
Kəsmikli, kişmişli keksin HAZIRLANMA QAYDASI



Sadə biskvit tortunun hazırlanma qaydası - FOTO
Şəkər çörəyi necə hazırlanır? - QAYDASI
Çiyələkli keks- RESEPT
Limonlu keksin hazırlanma QAYDASI
Ən asan və dadlı keks resepti
Yumurta şirniyyatı resepti
New york çizkeyki - Resepti
Çiyələkli keks resepti
Ən dadlı pryanik necə hazırlanır? - QAYDASI
Ən dadlı pryanik belə hazırlanır - RESEPT
Ən dadlı pryanik belə hazırlanır - RESEPT
Şokoladlı trüfel resepti
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 