"Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara yaxşı bir örnək olacaq". ONN media xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 21-də Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edərkən bildirib. "Hörmətli Əli müəllim, bu gün siz mənim ünvanıma ərizə yazmısınız. Ərizədə tutduğunuz vəzifədən azad olunmağınızı xahiş edirsiniz. İstərdim ki, sizə ölkəmizin inkişafına verdiyiniz töhfələrə görə təşəkkürümü bildirim. Siz uzun illərdir ki, Azərbaycanın hərtərəfli inkişafında fəal rol oynayırsınız. Ulu öndər Heydər Əliyev tərəfindən irəli çəkilmisiniz, hələ sovet dövründə onun qərarı ilə yüksək vəzifələrə təyin olunmusunuz, müstəqillik dövründə 21 ildir ki, Baş Nazirin müavini vəzifəsində çalışırsınız, son 16 il ərzində mənim rəhbərliyimlə. Əlbəttə, sizə olan yüksək etimad onu göstərir ki, tutduğunuz vəzifələrdə işin öhdəsindən şərəflə gəlmisiniz. Ancaq, əlbəttə, həyat yerində durmur, yeni Baş Nazir təyin edilib, Nazirlər Kabineti qarşısında yeni vəzifələr qoyulub. Bir də ki, siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır", - deyə dövlət başçısı qeyd edib.
Prezidentdən işdən çıxardığı Əli Həsənova: Ümid edirəm ki, iqtidar komandasında...



İşdən çıxarılan Əli Həsənov Prezidentə SÖZ VERDİ: Ömrümün axırınacan...
Prezident işdən çıxardığı məmurları qəbul etdi – FOTOLAR
İlham Əliyev Rumıniyanın yeni səfirini qəbul etd - YENİLƏNDİ
Nazir iki yüksək rütbəli polisi işdən çıxardı
Dünən işdən çıxarılan icra başçısı: "Ziya Məmmədov dedi ki, birdən çaşarsan..."
Aleksandr Lukaşenko İlham Əliyevi təbrik edib
İlham Əliyev: Döyüşçülərimiz daim mənim nəzarətim altında olacaqlar
Nazirdən Prezidentə: Söz verirəm ki...
Baş prokuror bütün köməkçilərini İŞDƏN ÇIXARDI
Azərbaycanda yüksək vəzifəli şəxslər İŞDƏN AZAD EDİLDİ
Azərbaycanda vəzifəli şəxslər işdən çıxarıldı
Prezidentdən yeni nazirə TAPŞIRIQ: Təhsil ən müasir tələblərə cavab verməlidir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 