Məsuliyyətimi tam şəkildə dərk edirəm. Sizin rəhbərliyinizlə indiyə qədər gördüyümüz işlərdə əldə etdiyimiz nailiyyətlər Sizin dəstəyinizin, həmkarlarımın gərgin işinin nəticəsidir. Olan çatışmazlıqlar isə mənim üzərimə düşən məsuliyyətdir. ONN media xəbər verir ki, bunu Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar Prezident İlham Əliyevin qəbulunda bildirib. "Fəaliyyətimizə verdiyiniz qiymət mənim üçün ən böyük şərəfdir. Sizin rəhbərliyinizlə, həmkar nazirlik və dövlət təsisatlarımızla birlikdə biz ölkəmizin dayanıqlı və davamlı inkişafının, iqtisadi inkişafının təmin edilməsi üçün Sizin tapşırdığınız prinsiplər əsas götürülməklə fəaliyyət göstərəcəyik. Söz verirəm ki, bu məqsədlər üçün səylərimi əsirgəməyəcəyəm. İqtisadiyyatımızın rəqabətliliyini daim artırmağı, iqtisadi müstəqilliyimizi daim möhkəmləndirməyi, iqtisadiyyatı inkişaf etdirməyi əsas vəzifəm kimi qəbul edirəm. İnanıram ki, iqtisadiyyatı inkişaf etdirmək dövlət və vətəndaşların gəlirlərinin və imkanlarının artırılmasının yeganə yoludur. Sizin kimi siyasi liderin, möhtərəm cənab Prezident, hökumətində yer tutmaq mənim üçün ən böyük şərəfdir. Bir daha yüksək etimadınıza görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm", - M.Cabbarov qeyd edib.
Nazirdən Prezidentə: Söz verirəm ki...



Şahin Mustafayev Prezidentə SÖZ VERDİ: Sizi əmin edirəm...
İlham Əliyev: Döyüşçülərimiz daim mənim nəzarətim altında olacaqlar
Vyetnam prezidenti İlham Əliyevi təbrik edib
Prezidentdən yeni nazirə TAPŞIRIQ: Təhsil ən müasir tələblərə cavab verməlidir
Şəhid ailələri Prezidentə müraciət etdi
Mikayıl Cabbarov koronavirus barədə danışdı
Lukaşenko Prezident İlham Əliyevi təbrik etdi
Saakaşvili xalqa ÇAĞIRIŞ ETDİ: SABAH...
İşdən çıxarılan Əli Həsənov Prezidentə SÖZ VERDİ: Ömrümün axırınacan...
İslahatlar ölkəyə böyük faydalar gətirir – İlham Əliyev
Şeyxdən İlham Əliyevə təşəkkür məktubu
Putin İlham Əliyevə məktub göndərdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 