Son illər Azərbaycanda və paytaxtda torpaq sürüşməsi halları aktivləşib.
ONN media xəbər verir ki, torpaq sürüşməsi gedən ərazilərdə yaşayan insanlar hər an bu təbii hadisəyə hazır olmalıdırlar.
Qeyd edək ki, Zığ -1, Zığ-2, Əhmədli-1, Əhmədli-2, Qaraçuxur, Badamdar, Bayıl, Park (Nəriman Nərimanov heykəli), Masazır və Günəşli sahələri Bakı şəhərində və Abşeron yarımadasında torpaq sürüşməsi təhlükəsi olan ərazilərdir.
Torpaq sürüşməsi insan həyatı üçün təhlükəli olduğundan hər birimiz bununla bağlı təhlükəsizlik qaydalarını bilməliyik.
Torpaq sürüşməsinə hazırlıq
Əgər siz sürüşmə təhlükəli ərazidə yaşayırsınızsa:
- içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlayın;
- sürüşmə təhlükəsi olan sahənin hüdudları barədə məlumatlı olun;
- sürüşmənin ilkin əlamətləri: evlərin qapı və pəncərələrinin öz çərçivələrində ilişməsi, çətin açılıb-örtülməsi, daxili və xarici divarlarda çatların yaranması, sürüşmə təhlükəli yamaclarda su sızması və s. Bu əlamətləri gördükdə aidiyyəti qurumlara xəbər verin, onların göstərişlərinə uyğun davranın.
Torpaq sürüşməsi zamanı:
- evdən çıxarkən qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürün;
- ən son xəbərləri izləyib verilən tövsiyələrə əməl edin;
- aidiyyəti qurumların köçürülmə ilə bağlı tələblərinə sözsüz əməl edin;
- sürüşmə qəflətən baş veribsə və dərhal həyətə çıxmaq mümkündürsə, evi tərk edin;
- sürüşmə zamanı yuxarı mərtəbədəsinizsə və dərhal həyətə çıxmaq mümkün deyilsə, binanın yuxarı hissəsinə qalxın;
- sürüşən torpaq kütləsindən kənara qaçın və mümkün qədər hündür yerə çıxmağa çalışın;
- sürüşmə sizi açıq havada yaxalayıbsa, əvvəl önünüzə daş, taxta parçası və ya ağır əşya atın, bunlar torpağa batırsa, hərəkət istiqamətinizi dəyişin;
- sürüşmədən qaça bilmirsinizsə, əllərinizlə başınızı tutaraq zərbədən qorunun, sürüşmənin hərəkət istiqamətinə tabe olun və hər zaman üzə çıxmağa çalışın;
- torpaq altında qalmısınızsa, təşvişə düşməyin. Çünki sürüşmə nəticəsində uçqun altında qalan insanı bir neçə sutkadan sonra da sağ çıxarmaq mümkündür;
- xilasetmə işlərində sükut dəqiqələri təyin olunduğundan vaxtaşırı səs siqnalları verin, yatmamağa çalışın.
Torpaq sürüşməsi zamanı sükan arxasındasınızsa:
- yol boyu sürüşmə əlaməti kimi çökmüş səki, palçıq, yola düşmüş qaya parçaları, yumşalmış və ya boşalmış torpaq gördükdə dərhal yolunuzu başqa səmtə dəyişin;
- körpü və tunellərin torpaq sürüşməsi nəticəsində zədələnmə ehtimalı olduğundan onlardan istifadə etməyin;
- əgər sürüşmə zonasındasınızsa və hərəkət etmək mümkün deyilsə, titrəyiş bitənə kimi təhlükəsizlik kəmərini açmadan avtomobildə gözləyin.(baku.ws)
Torpaq sürüşməsi baş verərsə... — Əhaliyə MÜRACİƏT



Azərbaycanda torpaq sürüşməsi olub
Hindistanda torpaq sürüşməsi: 2 ölü, 12 yaralı
Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artdı
Lerikdə yenidən torpaq sürüşməsi olub: Kəndlərdə evlər təhlükə ilə üzləşib
Badamdarda torpaq sürüşməsi aktivləşdi
Braziliyada torpaq sürüşməsi olub- ÖLƏNLƏR VAR
Qubada torpaq sürüşməsi: 10 ailə köçürüldü
Azərbaycanda torpaq sürüşməsi baş verdi
Çində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artdı
Lerikdə torpaq sürüşməsi: ciddi təhlükə... - VİDEO
Torpaq sürüşməsi Şamaxı yolunu dağıtdı
Astarada torpaq sürüşməsi - Yol bağlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 