Şamaxı rayonunda daha bir ərazidə torpaq sürüşməsi baş verib.
ONN media APA-ya istinadən xəbər verir ki, son günlər havaların yağıntılı keçməsi nəticəsində Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunun asfalt örtüyündə iri çatlar və çökmələr əmələ gəlib, təhlükəli vəziyyət yaranıb. Pirqulu-Dəmirçi yolunun 3-cü kilometrliyində asfalt örtüyü ortadan bölünərək iki hissəyə ayrılıb.
Üç kəndi birləşdirən bu yolda ilk dəfədir ki, torpaq sürüşməsi baş verib. Pirqulu-Dəmirçi yolu rayon mərkəzində 22 km aralıda yerləşir. Torpaq sürüşməsi yolun 3 hissəsində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, çatlar hər gün genişlənir, çökmələr böyüyür. Sürüşmə belə davam edərsə yolda avtomobillərin hərəkətində çətinlik yarana bilər.
Qeyd edək ki, turizm əhəmiyyətli Pirqulu-Dəmirçi yolu yenidən qurularaq istifadəyə verilib. Bu yol həm də yeni çəkilməkdə olan Dəmirçi-Lahıc yoluna birləşir.



Şamaxıda DƏHŞƏTLİ mənzərə- Yol ikiyə bölündü
Azərbaycanda təbii fəlakət- TƏHLÜKƏ VAR
Zəlzələdən sonra yollar bu vəziyyətə düşdü
Azərbaycanda torpaq sürüşməsi olub
İsmayıllıda yol çökdü
Azərbaycanda torpaq sürüşməsi baş verdi
Astarada torpaq sürüşməsi - Yol bağlandı
Astarada torpaq sürüşməsi - Yol bağlandı
İlham Əliyev sərəncam imzalayıb
Hindistanda torpaq sürüşməsi: 2 ölü, 12 yaralı
Şamaxıda torpaq sürüşməsi baş verib, evlərə ziyan dəyib
Sürücülərə bu yolla bağlı XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 