Azərbaycanda çox anaların uşağı müəyyən dövrdən sonra şirinçaya alışdırması vərdişi getdikcə fəsadlarını göstərməkdədir. Mütəxəssislər uşaq orqanizmi üçün şəkərli çayın zərərli olduğunu bildirir. ONN media medicina.az-a istinadən bildirir ki, həkim pediatr Abdullayeva Gülnar anaların körpələri şirin çaya öyrəşdirməsini ciddi səhv adlandırıb: "Şirin çay və şirin su asan mənimsənilən karbohidratdır. Buna görə gə uşaqlarda tez doyma hissi yaradır. Beləliklə balacalar lazımı qidalardan imtina edir. Ümumiyyətlə, uşaqlara 6 ayına kimi şirinçay vermək qəti qadağandır. Ana südü 90% sudan ibarətdir. Ona görə də onlara şirin su verilməsinə ehtiyac görülmür. Amma uşaq əlavə qidalara keçdikdə, isti yay aylarında heç bir əlavə qatqı olmadan adi su verilə bilər". Bəs uşağa kəmşirin çay vermək olarmı? Xüsusən uşaq gecələr oyananda onu sakitləşdirmək üçün dərhal kəmşirin çay verməsinin səbəbi nədir? "Şirin çayla kəmşirinin heç bir fərqi yoxdur. Ümumiyyətlə çay kalsium mübadiləsinə mənfi təsir göstərir. Uşaq müxtəlif səbəblərdən gecə yuxudan oyanıb ağlaya bilər. Acan uşağa şirin çay verib guya toxlaşdırmaq, sakitləşdirmək, sonradan uşağı şirin çaya öyrəşdirərək, gecələr təkrar-təkrar oyanmaların sayını artıracaq. Xüsusən şirin çayla dolanan uşaqlarda çox kəskin iştahsızlıq olur. Valideyn müraciət edəndə deyir: uşağım heç nə yemir. Menyunu soruşuruq, araşdırırıq, sonda məlum olur ki, yemək yemirdi, ana da bir stəkan şirin çay verirdi. Bir çox ana gecə yuxusuna haram qatmaq istəmir. Əgər gecə uşağa şirinçay versək səhər işdahsızlıq yaranır. Şirinçay əmziklə əmizdirildikdə dişlərin çox tez çürüməsinə, kariesin əmələ gəlməsinə, süd dişlərinin vaxtından əvvəl düşməsinə səbəb olur. Bu da arzuolunmayan bir vəziyyətdir. Bu halda uşaq ağzında yeməyi yaxşı çeynəyə bilmir, çeynəmədən udulan qidalar isə mədədə problemlərə yol açır. Ümumiyyətlə nəinki gecə, gündüz də şirinçay tövsiyyə olunmur".
"Uşağı şirin çayla böyütmək olmaz!" — Pediatr məsləhəti



Əks-göstəriş sertifikatı almaq istəyən anaya ŞOK CAVAB: "Get uşağı süddən kəs, şirinçay ver"
Uşağa əmzik vermək olarmı?
Həkimdən ÇAĞIRIŞ: "Uşaqlara çiyələk və alça verməyin!"
Şirin qarpızı necə seçməli?
İçməli sulardakı təhlükəni bilirdinizmi?
Çox şirin içkilər bu orqanı sıradan çıxarır
Çörək yemək sağlamlıq üçün zərərlidir?
Yemək yeyəndə su içmək sağlamlığa ziyandır?
Şəkərli diabetə səbəb şəkər yox, ətdir - Araşdırma
Sovet dövrünün məşhur içkisi xərçəngdən qoruyur
Uşaqlarda yuxu probleminin SƏBƏBLƏRİ
Şirin qarpızı necə seçmək olar? - 7 MƏSLƏHƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 