"Uşaq heç bir səbəb olmadan baş ağrısı, başgicəllənmə, daimi yorğunluqdan şikayətlənirsə, valideynlər buna diqqət yetirməlidirlər. Əlavə olaraq yeniyetmələrdə qan təzyiqinə nəzarət olunmalıdır, xüsusən də qohumlarda belə bir problem varsa".
ONN media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Leyla Rəhimova bildirib.
Onun sözlərinə görə, körpə planlı şəkildə 1, 3, 6 və 12 aylarında, 1 yaşdan sonra isə ildə bir dəfə nevroloqun konsultasiyasından keçməlidir. Həkim alınan nəticələrdən asılı olaraq əlavə müayinə və müalicənin təyin olunduğunu söyləyib:
"Dissomniya - uşaqlarda gecə yuxusunun müxtəlif pozulmaları ilə qarşılaşdığı, heç bir görünən səbəb olmadan tez-tez oyanma, gecə qorxuları, yuxu keyfiyyətinin ödənilməməsi ilə ifadə olunan patoloji vəziyyətdir. 2-3 yaşa qədər körpələr üçün yuxu əsas ehtiyacdır, onsuz bədənin fiziki və zehni funksiyalarının sağlam inkişafı praktiki olaraq mümkün deyil".
Həkim-pediatr uşaqlarda yuxu pozğunluğunun əsas səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, bunlar aşağıdakılardır:
- Sağlam yuxu şəraitinin düzgün təşkil edilməməsi: uşaq axşam saatlarında aktiv oyunlar oynadıqda, filmlər seyr etdikdə, çox şirniyyat yedikdə;
- Müxtəlif somatik xəstəliklər ümumiyyətlə uşağın vəziyyətinə mənfi təsir göstərir, xüsusən də yüksək hərarət, bağırsaq sancıları;
- Mərkəzi sinir sisteminin zədələnmələri, psixonevroloji pozğunluqlar.



Həkim immuniteti gücləndirməyə kömək edəcək - 6 SADƏ QAYDANI SADALADI
Yatmazdan əvvəl bunları etməyin - DİQQƏT!
Nazirlik valideynlərə xəbərdarlıq etdi
Neçə saat yatmalıq?
İmmuniteti gücləndirən dərman varmı? – Pediatrdan AÇIQLAMA
Test vermədən özünü evdə müalicə etmək olmaz - Baş infeksionist
Uşaqlarınızı bu şəkildə böyütsəniz... - Mütəxəssis AÇIQLADI
Həkimdən XƏBƏRDARLIQ: uşaqlarınızda bu əlamətlər varsa...
Nevropatoloq valideynlərə səsləndi
"Uşağı şirin çayla böyütmək olmaz!" — Pediatr məsləhəti
Koronavirus hansı uşaqlar üçün təhlükəlidir?
Bu uşaqları məktəbə göndərməyin - Nazirlikdən xəbərdarlıq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 