ABŞ-ın Kaliforniya ştatında rusiyalı məşhur telejurnalist Vladimir Pozneri susduran Azərbaycanlı gənc tələbə Arzu Məmmədova bu hadisə haqqında danışıb. ONN media xəbər verir ki, o, özünün Facebook platformasındakı səhifəsində Azərbaycan xalqına xitabən 45 saniyəlik çıxış edib. Arzu öncə ona göstərilən dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib. O deyib ki, Poznerin qarşısında çıxış edərkən, cəsarəti Azərbaycan xalqından alıb. Arzu Məmmədova sonda qısa çıxışının məqsədini açıqlayıb: “Qonşularımız (ermənilər) oyanmağa başlayıblar. Ona görə də sizdən dəstək istəyirəm”, deyə, Arzu bütün soydaşlarımıza müraciət edib. Qeyd edək ki, Pozneri təftiş edən məlum çıxışında Arzu özünün də Dağlıq Qarabağdan olduğunu söyləyib. Bundan sonra onun qohumları sosial mediada yazıblar ki, A.Məmmədova kökəncə Ağdamlıdır, lakin Ağdam heç yaddaşında da qalmaylb, körpə ikən qaçqın düşüb. Lakin mümkün olan bütün platformalarda, o cümlədən də təhsili ilə bağlı yaşadığı Kaliforniyada hər fürsərdə Qarabağla bağlı həqiqətləri paylaşır. Poznerin auditoriyasında da bu fürsəti qaçırtmayıb. O, öz çıxışında deyib ki, Dağlıq Qarabağda azərbaycanlılar və ermənilər illərlə birgə yaşayıblar. Arzu Bakının mərkəzində hələ də erməni kilsəsinin olduğunu diqqətə çatdıraraq Poznerə bu sualı ünvanlayıb: “Siz Ermənistanı dəstəkləməklə qadın və uşaq qatillərini alqışlayırsınız və bununla da minlərlə azərbaycanlıya, məcburi köçkünlərə, o cümlədən mənə və ailəmə qarşı ayrıseçkilik edirsiniz. Söz azadlığı ilə nifrət hissi arasındakı xətt haradan keçir?”. Vladimir Pozner A. Məmmədovanın sualları qarşısında aciz qalaraq “Dağlıq Qarabağ Ermənistanın rəsmi olaraq tanıdığı ərazidir”, replikasını verib. A. Məmmədova onun sözünü kəsərək, Dağlıq Qarabağın rəsmi şəkildə Azərbaycan Respublikasının tərkibində olan ərazi olduğunu vurğulayıb.
Pozneri susduran Qarabağlı Arzu Məmmədova Azərbaycandan dəstək istədi



Azərbaycanlı gənc ABŞ-da ermənipərəst Pozneri susdurdu
AzTV-nin rejissoru vaksindən sonra vəfat edib? - AÇIQLAMA
Trampdan maraqlı addım- Uğurlar arzuladı
Toyuna hazırlaşan qız faciəvi şəkildə öldü
Türkiyədə sabiq nazirin meyiti tapıldı
İlham Əliyev onlara fəxri adlar verdi
Bayraqdar vəfat etdi
Hicaba görə gənc qadın güllələndi
Azərbaycanlı plastik cərrah həbs edildi
Prezident İlham Əliyevdən Türkiyə millisinə dəstək paylaşımı
İlham Əliyev onu təbrik edənlərə təşəkkür etdi
Bu, Ermənistanın sonu olacaq - Arzu Nağıyev
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 