ABŞ-ın Kaliforniya ştatında rusiyalı məşhur telejurnalist, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Poznerlə təşkil edilən görüş zamanı jurnalist azərbaycanlı Arzu Məmmədovanın sualı qarşısında çətin vəziyyətə düşüb.
ONN media xəbər verir ki, xanım Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olduğunu, ölkəmizdə bir çox xalqların sülh və əmin-amanlıq şəraitində yaşadığını və İsrail vətəndaşlarına qarşı ayrıseçkiliyin olmadığını söyləyib. Arzu bildirib ki, Vladimir Pozner kimi səviyyəli jurnalist qərəzsiz olmalıdır. “Dağlıq Qarabağ Ermənistanın rəsmi olaraq işğal etdiyi ərazidir. İşğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsini tələb edən bir sıra BMT qətnamələri var. Dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan da Dağlıq Qarabağı müstəqil kimi tanımır". A. Məmmədova Dağlıq Qarabağda azərbaycanlıların və ermənilərin illərdir birgə yaşadıqlarını qeyd edərək, Bakının mərkəzində hələ də erməni kilsəsinin olduğunu diqqətə çatdırıb. "Siz Ermənistanı dəstəkləməklə qadın və uşaq qatillərini alqışlayırsınız və bununla da minlərlə azərbaycanlıya, məcburi köçkünlərə, o cümlədən mənə və ailəmə qarşı ayrıseçkilik edirsiniz. Söz azadlığı ilə nifrət hissi arasındakı xətt haradan keçir?". Vladimir Pozner A. Məmmədovanın sualları qarşısında aciz qalaraq "Dağlıq Qarabağ Ermənistanın rəsmi olaraq tanıdığı ərazidir" dediyi zaman A. Məmmədova onun sözünü kəsərək, Dağlıq Qarabağın rəsmi şəkildə Azərbaycan respublikasının tərkibində olan ərazi olduğunu vurğulayıb.(ölkə.az)Azərbaycanlı gənc ABŞ-da ermənipərəst Pozneri susdurdu



Pozneri susduran Qarabağlı Arzu Məmmədova Azərbaycandan dəstək istədi
Dağlıq Qarabağın azərbaycanlı icması Sergey Lavrovun açıqlaması barədə bəyanat yayıb
Pozner: “Azərbaycanlılar anlamalıdırlar ki, mənim qəlbim ermənilərlədir”
Azərbaycan XİN -dən erməni nazirə CAVAB
XİN-dən Paşinyana - ETİRAZ
Tural Gəncəliyevdən Qarabağ separatçılarının rəhbərinə CAVAB
Azərbaycan XİN Dağlıq Qarabağda keçirilən “seçkilər”lə bağlı bəyanat yaydı
Yaxın vaxtda sülh sazişinə ümid edirik - İcma sədri
İtaliyanın məşhur jurnalı Qarabağdan yazdı
Gəncəliyev: Paşinyan Ermənistanın təcavüzkar olduğunu açıq bəyan etdi
Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin...
Azyaşlı azərbaycanlı bloqer Ermənistanın faşist siyasətinə ETİRAZ ETDİ
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 