Prezident İlham Əliyev Ağdaş şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Ağdaş rayonunda bir sıra sosialyönümlü infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən Rayon Mərkəzi Xəstəxanası, Olimpiya İdman Kompleksi, Bayraq Meydanı, Habil Əliyev adına 500 şagird yerlik yeni musiqi məktəbi inşa edilmiş, 39 ümumtəhsil müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bundan başqa, şəhərin su təchizatı sistemi, 110/35/10 kV-luq 2X25 MVA gücündə “Ağdaş” yarımstansiyası yenidən qurulmuş, Biyan Sənaye Parkının biyan tədarükü və emalı, bitki ekstraktı və sirop istehsalı zavodları və digər iri istehsal və emal müəssisələri yaradılmış, 13 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür. Ağdaş şəhərində qəzalı vəziyyətdə olan evlərdə məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdaş Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Prezident SƏRƏNCAM imzaladı - 3 milyon manat ayrıldı



Prezidentdən Tərtərlə bağlı sərəncam
Mingəçevir Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrıldı
Qubada çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat ayrıldı
Prezident sərəncam imzaladı - 6 milyon manat ayrıldı
Sumqayıtlılara müjdə
Prezidentdən keçmiş nazirlə bağlı sərəncam
Bərdə–Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrıldı - SƏRƏNCAM
Daşkəsəndə yeni məktəb tikiləcək - SƏRƏNCAM
Prezident sərəncam imzaladı
Məktəb tikintisinə 2 milyon manat ayrıldı - SƏRƏNCAM
İlham Əliyev Ağdaşda açılışlar etdi
İlham Əliyev məktəb tikintisinə bir milyon manat ayırdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 