Əmək fəaliyyəti ilə məşğul olan bakalavrların magistratura səviyyəsində bilik və bacarıqlarını artırmaq imkanları məhdudlaşdırılır. Bu isə öz növbəsində, əmək bazarına öz mənfi təsirini göstərəcək. ONN media bildirir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci sayında bildirilib. Məlumatda qeyd olunur ki, abituriyentlərdən fərqli olaraq bakalavrların bir çoxunun qiyabi təhsil almağa meylli olmalarını onların əmək fəaliyyəti ilə məşğul olmaları ilə izah etmək olar. Bu səbəbdən, həmin kateqoriyadan olan bakalavrlar magistraturada qiyabi təhsilalma formasına üstünlük verirlər. Bu isə öz növbəsində, əmək fəaliyyətini və təhsili eyni vaxtda davam etdirməyə imkan yaradır. Lakin 2013-cü ildən etibarən bu təcrübədən imtina edilib və bakalavrların təhsilalma formasını sərbəst seçmək imkanı olmayıb. Nəticədə, təhsil forması qiyabi olan ixtisaslaşmalara qəbul olanların nisbi sayı 2013-cü ildə 24.6%-ə qədər azalıb. Fikrimizcə, qiyabi təhsil formasından tamamilə imtina etmək əvəzinə, onun distant təhsil forması ilə əvəz edilməsi daha məqsədəuyğundur. Dünya təcrübəsində də bu təhsil formasından geniş istifadə olunur və respublikada informasiya-kommunikasiya texnologiyalarının hazırkı səviyyəsi bu cür təhsil formasının həyata keçirilməsi üçün geniş imkanlar yaradır.
Biri o birini əvəz edəcək, qiyabi gedəcək, distant gələcək



54 yaşında tələbə adını qazandı, amma..
Azərbaycanda bu tələbələrin köçürülməsinə yol verilmir
Agentlikdən onlayn formada təhsillə bağlı xəbərdarlıq
Qarabağ Universitetində qiyabi təhsil olacaq?
Tələbələrin köçürülməsi prosesi başlanılır
Magistraturaya qəbul olan bakalavrların DİQQƏTİNƏ
Tələbələrin təqaüdləri və qaydalar dəyişib
Bakalavrların qeydiyyatı başlayır
Boş qalan plan yerlərinə müsabiqənin nəticələri AÇIQLANDI
DİM-dən bakalavrlara XƏBƏRDARLIQ
Jurnalist olmaq istəyənlərin nəzərinə
Magistraturaya növbəti imtahan keçiriləcək
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 