Bu il ali təhsil müəssisəsinə qəbul olan ən yaşlı tələbənin 54 yaşı var.
ONN media xəbər verir ki, bu barədə “Report”a Dövlət İmtahan Mərkəzindən bildirilib.
Qeyd olunub ki, həmin tələbə 1970-ci il təvəllüdlü Sevinc Əliyevadır. Subbakalavr təhsilini Bakı Neft-Energetika Kollecində alan S.Əliyeva Sumqayıt Dövlət Universitetinin Neft-qaz mühəndisliyi ixtisası üzrə ödənişli əsaslarla təhsil almaq imkanı qazanıb.
Sevinc Əliyeva açıqlamasında çalışdığını əsas gətirərək əyani təhsilin onun üçün əlverişli olmadığını bildirib: “Mən qiyabi təhsil almaq istəyirdim. İxtisas seçimində ancaq əyani təhsil idi. Düşündüm bəlkə qiyabi təhsil formasına dəyişmək mümkün olar, lakin alınmadı. Ona görə də həmin təhsil imkanından imtina edəcəyəm”.
Ən gənc tələbə adını isə 2008-ci il təvəllüdlü Elvin Hüseynov qazanıb. Belə ki, H.Əliyev adına Müasir Təhsil Kompleksinin məzunu olan 16 yaşlı tələbə 294.5 balla Azərbaycan Texniki Universitetinin Maşın mühəndisliyi ixtisasında ödənişli əsaslarla ali təhsilini davam etdirəcək.



Azərbaycanda 15 yaşında uşaq tələbə oldu
Bu universitetlərdə təhsil alan tələbələrə ŞAD XƏBƏR
Qarabağdakı ilk məktəblərin ilk məzunları - Neçə nəfər TƏLƏBƏ OLDU...
42062 nəfər tələbə adı qazandı
Tələbə adını neçə nəfər qazandı? - Rekord
Tələbə krediti almaq istəyənlərin nəzərinə!
Təhsil naziri tələbələri TƏBRİK ETDİ
Bu tələbələrə güzəşt ediləcək - Nazirdən ŞAD XƏBƏR
Bu məktəbin iki sinfinin bütün məzunları ali məktəbə qəbul olub
Bu il tələbə adını qazanan ən gənc abiturient danışdı
DİQQƏT- Bu tələbələr pulsuz təhsil alacaq
Nazir müavinindən Təhsil Tələbə Krediti ilə bağlı mühüm açıqlama
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 