Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında yerləşdirilib. DİM-dən ONN media -ya bildiriblər ki, bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci sayında veriləcək. Jurnalın elektron versiyasını (PDF formatında) sabah günün ikinci yarısından etibarən DİM-in saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar (http://eservices.dim.gov.az/ejurnal/). Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 2186 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 757 nəfər (o cümlədən 42 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub. Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar sentyabrın 4-dən 9-dək sənədlərini müvafiq təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir. Bakalavrlar qəbul olunduqları ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyatın forması ilə tanış ola biləcəklər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar magistratura səviyyəsinə qəbul olunanların siyahısından xaric ediləcəklər.
Boş qalan plan yerlərinə müsabiqənin nəticələri AÇIQLANDI



Magistrantların NƏZƏRİNƏ
DİQQƏT: Nəticələr elan olundu
Müsabiqənin nəticələri elan olunub
Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
DİQQƏT- Nəticələr açıqlandı
DİQQƏT- Boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
Magistraturaya boş qalan yerlərə qəbul elan edildi
Kolleclərin boş yerlərinə qəbul olanların sayı açıqlandı
DİQQƏT- Nəticələr elan olundu
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edild
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edildi
Abituriyentlərin DİQQƏTİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 