"Azərbaycan hökuməti bir neçə həftə öncə Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı mövqeyini Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) təqdim edib".
ONN media xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib.
O bildirib ki, bu məsələ ilə əlaqədar Azərbaycan dünyanın aparıcı hüquqşünasları ilə müqavilə bağlayıb: "Bununla bağlı çox müfəssəl mövqe AİHM-ə təqdim olunub. Bu prosesdə sonuncu mərhələdir. Bundan sonra AİHM artıq dinləmə tarixini müəyyən etməli və dinləmə keçirilməlidir. Çox güman ki, dinləmə gələn il baş tuta bilər".
Ç. Əsgərov qeyd edib ki, AİHM öz qərarında bu iki şəxsin hüquqlarının pozulmasını müəyyən edəcək: "Ardınca Ermənistan bu qərarı icra etməli olacaq. Buna nəzarət isə Avropa Şurası Nazirlər Komitəsi tərəfindən həyata keçirilir. Nəticə isə Nazirlər Komitəsinin öz gücünü nümayiş etdirməsindən asılıdır".
Ç. Əsgərov bildirib ki, Ermənistan qəbul olunan qərarı icra etməyə bilər: "Amma Avropa Şurasının müvafiq təsir mexanizmləri mövcuddur. Biz də bu mexanizmlərdən istifadə edəcəyik və mütəmadi məsələni qaldıracağıq ki, Ermənistan qərarları icra etsin".



2 erməni hərbiçi ilə bağlı məlumat göndərildi
AŞPA Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bəyanat yayıb
Dilqəm Şahbazı niyə “erməni dostu” adlandırdı? - Oğlu DANIŞDI
XİN rəsmi məlumat yaydı
Ermənistanın Azərbaycana qarşı vəsatəti rədd edilib
Xaçaturyanla bağlı müraciət rədd edildi
Qərbdən türklərlə bağlı Afinaya XƏBƏRDARLIQ
Ərdoğan AİHM-nı tənqid etdi
İlham Əliyev BQXK prezidentinə Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı
Dilqəm və Şahbazınəsirlikdən xilas edilməsi üçün işlər aparılır - AÇIQLAMA
Girovların həyatı təhlükədə: “Onları itirə bilərik…”
SON DƏQİQƏ: Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana qaytarılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 