Atam Dilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə ziyarət edib. Daha sonra mütəmadi olaraq fərqli illərdə də ziyarəti olub. Sonuncu dəfə 8 iyul 2014-cü ildə Şahbaz Quliyevlə gedəndə Şahbaz Quliyev səhlənkarlıq edib, qaçaraq erməni evinə girib və orada vurularaq erməni əsgərləri tərəfindən girov götürülüb. ONN media xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O bildirib ki, bundan sonra Ermənistan ordusu Dilqəm Əsgərov və Həsən Həsənovun axtarışına çıxıb: “Şahbaz Quliyev tutulan kimi Dilqəm Əsgərovun orada olduğunu ermənilərə bildirib və deyib ki, guya, başçıları atamdır. 11 iyulda atışma zamanı Həsən Həsənov vurulduqdan sonra 14 iyulda atam tutulub. Tutulduqdan sonra Şahbaz Quliyev ermənilərə hər şeyi danışdığına görə atam həbsxanada onunla eyni kamerada qalmaq istəməyib. Atam onların əsir düşməyində və Həsən Həsənovun öldürülməsində günahı Şahbaz Quliyevdə görür. Şahbaz Quliyevin ucbatından 7 il qanunsuz işgəncələrə məruz qalıb”. Qeyd edək ki, son günlərdə Dilqəm Əsgərov və Şahbaz Quliyev arasındakı mübahisələr böyüməkdə davam edir. Dilqəm Əsgərov Moderator.az-ın əməkdaşının H.Həsənovun necə öldürülməsi ilə bağlı sualına “Bunu Şahbaz Quliyevdən soruşun” cavabını verib və deyib: “Həsənin necə öldürülməsini Nikol Paşinyanın dostu Şahbaz Quliyev yaxşı bilir. Bunu ondan soruşun”.
Dilqəm Şahbazı niyə “erməni dostu” adlandırdı? - Oğlu DANIŞDI



Girovların həyatı təhlükədə: “Onları itirə bilərik…”
SON DƏQİQƏ: Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana qaytarılır
Şuşadan aparılan Dilqəm Əsgərovdan YENİ XƏBƏR VAR
Dilqəm Əsgərov Şuşa həbsxanasından "Əzrail"ə SƏSLƏNDİ
Dilqəm Əsgərovun Kəlbəcərdə doğulduğu evin VİDEOSU YAYILDI
Dilqəm Əsgərovun oğlundan Füzuli Məmmədova MÜRACİƏT
Şahbaz Quliyev ikinci dəfə evləndi
"Həm Kəlbəcərə, həm də atama qovuşacağam" - Dilqəm Əsgərovun oğlu
Dilqəm ailəsinə video göndərməkdən imtina etdi
Dilqəm Əsgərovun oğlu Prezidentə TƏŞƏKKÜR ETDİ
İlham Əliyev BQXK prezidentinə Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı
Dilqəmlə Şahbazdan SON XƏBƏR: Şuşadan Ermənistana aparıldılar...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 