"Özəl televiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir". ONN media xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycan radiosunun yaranmasının 93 illiyinə həsr olunmuş tədbirdə deyib. Onun sözlərinə görə, özəl televiziya kanallarında baş verən nöqsanlar daha çox reytinq xatirinə görə olur: "Çox təəssüflər olsun ki, reytinq xatirinə fəaliyyət çox ciddi səhvlərə gətirib çıxarır. Özəl televiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir. Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox təhrif olunmuş formada təqdim olunur. Bütün bunlar, təbii ki, bizi narahat edir". "Elə təəssürat yaratmasın ki, Azərbaycanda televiziya və radio sahəsində hər şey normaldır. Özəl televiziyaların yayım siyasəti tamamilə kommersiya maraqlarına xidmət edir. Dövlət büdcəsindən maliyyələşən televiziyaların fəaliyyətində isə əsas dövlətin daxili və xarici siyasətinin təbliğatı, xalqın dəyərlərinin, Azərbaycanın ədəbi dilinin qorunub saxlanılması, inkişaf etdirilməsi və s. məsələlər dayanır. Bunlar özəl kanalların fəaliyyətində özünü ciddi göstərmir", - N.Məhərrəmli əlavə edib.(Publika)
MTRŞ sədri özəl kanalları SƏRT QINADI



Milli Televiziya və Radio Şurasına yeni sədr seçildi
"İctimaiyyət bu verilişlərdən çox narazıdır"- MTRŞ-dan xəbərdarlıq
Lider TV telekanalının yayımı dayandırıldı
Prezidentin ayırdığı 3 milyon 5 telekanal arasında bölündü
5 televiziyanın hər birinə 600 min manat ayrılıb - SİYAHI
MTRŞ-də YENİ TƏYİNAT
Gələn ay yeni telekanal fəaliyyətə başlayacaq
CBC radiosu Qarabağda yayıma başladı
MTRŞ bu kanalı cəzalandırdı - YAYIM DAYANDIRILACAQ
"Space" TV-nin yayımı 1 saatlıq dayandırılacaq
Bu televiziyalarla bağlı qərar verildi
MTRŞ seriallarda narahat edən məqamları AÇIQLADI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 