Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) televiziya və radio kanallarının rəhbər şəxsləri ilə görüş keçirilib. ONN media trend.az-a istinadən xəbər verir ki, MTRŞ sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə bildirib ki, görüşün keçirilməsində məqsəd Azərbaycanda teleradio yayımı məkanında teleseriallarla bağlı mövcud vəziyyəti müzakirə edib, problemlərin həlli yollarını tapmaq idi. N.Məhərrəmli Azərbaycan televiziya məkanında serialların mövcud vəziyyətinin çox narahatverici olduğunu bildirib. O qeyd edib ki, serialların ssenarisi, qeyri-peşəkar aktyorların iştirakı, texniki çatışmazlıqlar, Azərbaycanın ailə dəyərlərinə uyğun olmayan mövzular, teleseriallarda bayağı, qeyri-etik ifadələrin işlədilməsi narahatedici məqamlardır: “Ona görə də bu sahədə çalışanlarla məsələləri müzakirə edib problemləri aradan qaldırmaq istəyirik. Ölkədə nümayiş olunan seriallar həddən artıq çoxdur. Narazılıq adətən komediya və kriminal janrda çəkilən seriallarla bağlıdır. Bu seriallarda Azərbaycan ailəsinə xas olmayan hərəkətlər göstərilir. Qayınata - kürəkən, qayınana - kürəkən, ata - oğul, ata - qız, bacı - qardaş münasibətləri, hörmətsiz ağsaqqal, qeyrətsiz oğul məsələsi efirdə geniş istifadə olunur. Bu da bizi narahat edən məqamlardandır”.
MTRŞ seriallarda narahat edən məqamları AÇIQLADI



Milli Televiziya və Radio Şurasına yeni sədr seçildi
Azərbaycanda yeni ixtisaslaşmış xəbər kanalı açılacaq?
"İctimaiyyət bu verilişlərdən çox narazıdır"- MTRŞ-dan xəbərdarlıq
Nuşirəvan Məhərrəmli 18 illik vəzifəsini tərk etdi
"Space" TV-nin yayımı 1 saatlıq dayandırılacaq
MTRŞ bu kanalı cəzalandırdı - YAYIM DAYANDIRILACAQ
Lider TV telekanalının yayımı dayandırıldı
MTRŞ sədri özəl kanalları SƏRT QINADI
Azərbaycanda iki telekanalın yayımı dayandırılacaq - QƏRAR
ARB və "Xəzər" TV-nin yayımı dayandırılacaq - QƏRAR
Azərbaycanda uşaq kanalı açıla bilər?
MTRŞ-də YENİ TƏYİNAT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 