Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 5-də Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq iclasında iştirak etmək üçün Bakıya səfərdə olan Türkiyə Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, iki ölkə arasında münasibətlərin dostluq və qarşılıqlı inam üzərində qurulduğunu xatırladan Müdafiə naziri bildirib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədi ilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu bölgədəki sabitliyi təmin edən əsas amillərdəndir. Türkiyə xalqının rifahı uğrunda terrorçuluqla mübarizədə şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyən Müdafiə naziri separatizmə qarşı mübarizə aparan ölkə olaraq Azərbaycanın Türkiyəni tam dəstəklədiyini diqqətə çatdırıb. Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın ikitərəfli əsasda və NATO tərəfindən həyata keçirilən proqramlar çərçivəsində aparıldığını qeyd edib. Nazir, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı daim inkişaf etdiyini xüsusi vurğulayıb. Korgeneral M.Gürak də öz növbəsində ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrindən, o cümlədən səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Qonaq Azərbaycan və Türkiyə hərbçilərinin Bakıda növbəti görüşünün təşkilinə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib. Ölkələrimizin yerləşdiyi regionda baş verən son hadisələrin müzakirə olunduğu görüşdə Azərbaycan-Türkiyə ikitərəfli formatında, həmçinin Pakistan, Gürcüstan, eləcə də türkdilli dövlətlərin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Zakir Həsənov: "Azərbaycan Türkiyənin terrorçuluğa qarşı mübarizəsini tam dəstəkləyir"



Zakir Həsənov Bayraktaroğlu ilə görüşdü
Zakir Həsənov türkiyəli generalla görüşdü
Naxçıvanda Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirildi - VİDEO
Zakir Həsənov Haluk Görgünlə görüşdü
Zakir Həsənov türkiyəli nazir müavini ilə görüşdü
Zakir Həsənov Hulusi Akarla görüşdü
Zakir Həsənov Gürcüstanın Baş naziri ilə görüşdü
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi
Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası başladı
Zakir Həsənov türkiyəli həmkarı ilə görüşdü
Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib
Zakir Həsənov pakistanlı həmkarı ilə görüşdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 