Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. ONN media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini xüsusi vurğulayıb. Bildirilib ki, Azərbaycan Ordusunun silahlanmasında olan “Baykar” şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatları (PUA) hərbi potensialımızı əhəmiyyətli dərəcədə gücləndirib. Həmin PUA-ların Vətən müharibəsində effektiv tətbiqi nəticəsində düşmənə ciddi zərbə vurulub, onun xeyli sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilib.
Görüşdə tərəflər Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini də müzakirə ediblər.Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib



Zakir Həsənov Haluk Görgünlə görüşdü
Zakir Həsənov türkiyəli nazir müavini ilə görüşdü
Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb
Zakir Həsənov Bayraqdarı təltif etdi
Zakir Həsənov pakistanlı həmkarı ilə görüşdü
Zakir Həsənov türkiyəli generalla görüşdü
Zakir Həsənov Hulusi Akarla görüşdü
Zakir Həsənov Səlcuq Bayraqdarla görüşdü
Zakir Həsənov Gürcüstanın müdafiə naziri ilə görüşdü -
Zakir Həsənov Zobaida Cəlalla görüşdü
Zakir Həsənov Hulusi Akarla görüşüb
Həsənov pakistanlı generalla görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 