“Bu gün xəbərlərə baxanda Əli İnsanovla müxalifətin “zirvə görüşü” barədə bir məlumata rast gəldim. Anlamıram, nə zamandan Əli İnsanov orada oturan müxalifət rəhbərləri ilə səmimi olub və beləcə hamısını bir araya gətirib?! Xeyirdimi, inşallah?” ONN media xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov qeyd edib. Müxalifət partiyalarının 5 noyabrda keçirdiyi dəyirmi masa haqqında fikirlərini bildirən Mənsimov sözlərinə belə davam edib: “Bu şəkildə mübarizələrini elan edirlər - eks-nazirlə? Hər kəs bitdi, Əli İnsanovla yola çıxmaq qərarına gəldilər? Qətiyyən kimisə təhqir etmək fikrində deyiləm, amma kənardan baxanda dərhal görünür ki, iqtidar gəncləşərkən müxalifət yaşlanır. Əli İnsanov bu yaşdan sonra evdə oturub prosesləri kənardan seyr etsəydi, daha məqsədəuyğun olardı. Bəlkə elə deyil? Həbs olunana qədər bir çox insanların taleləri ilə istədiyi kimi oynayan, rüşvətdə günahlandırılan və korrupsiya əməlləri içində üzən, iqtidarın ən güclü fiqurlarından biri, haqlı və ya haqsız yerə həbsdə olan Əli İnsanov indi “ağır topa” çevrildimi?! Mən heç bir zaman rəhmətlik babamın dediklərini unutmamışam. Hər zaman deyərdi ki, bir dəfə satqınlıq edən hər dəfə səni də satar. Masadakı “zirvə” toplantısını aparanlara bir sözüm var: nə edirsiz edin, Azərbaycanı parçalamayın. “Bu yerazdı, bu naxçıvanlı, o talışdı, o biri bakılıdı” deyib qardaşı qardaşa qırdırmayın. Unudursuz cənablar: bizim bir düşmənimiz var. O da faşist ermənilərdir!”
Mübariz Mənsimov Əli İnsanovla bağlı GÖRÜN NƏLƏR DEDİ - ŞOK SÖZLƏR



Mənsimov bu tarixdə azadlığa çıxacaq?
Mübariz Mənsimov bu gün məhkəmə qarşısına çıxarılır - AZAD OLUNACAQ
Mənsimovdan Əli İnsanov açıqlaması: Tanımaq istəmirəm...
Mübariz Mənsimov azadlığa çıxır - Qərar
Mübariz Mənsimov sosial şəbəkədə videosu yayılan şəxsi Türkiyəyə müalicəyə aparır
Mübariz Mənsimovdan XƏBƏR VAR
SON DƏQİQƏ: Mübariz Mənsimov haqqında QƏRAR
Mənsimovdan "Beşiktaş"la bağlı AÇIQLAMA: "Klubuma..."
Mübariz Mənsimovun atasının dəfn yeri MƏLUM OLDU
Mənsimovun həbsdən öncə verdiyi göstəriş yerinə yetirildi
Mübariz Mənsimov məhkəmədə çıxış etdi: "Öz əlimlə təqdim etdim"
Rəsulzadə gəmisi suya buraxıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 