Havanın soyuq keçməsi artıq evlərdə istiliyə tələbat yaradıb. Amma nəzərə alsaq ki, yaşayış binalarına, müəyyən obyektlərə, o cümlədən uşaq bağçaları və məktəblərə istilik noyabr ayının 15-də veriləcək. Bu isə hər zaman olduğu kimi yenə də müəyyən qrup insanlarda narazılıq yaradır ki, bu istiliyi biraz tez vermək mümkün deyilmi?
ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb. Sakin: “Hava soyuqdur, soyuq deyil onu fikirləşən yoxdur. Ona görə də ancaq noyabr ayının 15-ni gözləməliyik. 15-dən sonra istilik işə düşməlidir. Yaxşı olardı ki, istilik daha tez verilsin, çünki hava çox soyuqdur”. Dünya təcrübəsində qış mövsümünə keçidi konkret tarixlə deyil, havadakı temperaturla müəyyən edirlər. Küçədə temperatur müsbət 10 dərəcədən aşağı düşəndə, artıq evlər istiliklə təhciz olunur. Eyyub Hüseynov – AİB sədri: “Sovet vaxtından qalmış bu adət ləğv olunmalıdır. AİB olaraq bizə gələn çoxsaylı telefon zənglərinə əsasən deyə bilərəm ki, mütləq bu sistem dəyişməlidir. Havadan asılı olaraq, istilik sistemi işə salınmalıdır. İstilik sistemindən insanlar istifadə etməlidir”. “Azəristiliktəhcizat” ASC-nin sahə rəisi Rövşən Tağıyev deyir ki, qış mövsümünə hazırlıq işləri artıq başa çatıb. Əgər havaların soyuması ilə əlaqədar əlavə sərəncam olarsa, istiliyin vaxtından tez verilməsi mümkündür. Rövşən Tağıyev – Sahə rəisi: “Bu sovet hokumətinin vaxtından qalan 15 noyabrdan aprelin 15-dək istilik mövsümüdür. Keçən il noyabrın 12-dən başlamışıq. Aprel ayının 15-nə qədər istilik mövsümü davam edib. Yəni havalar kəskin dəyişilərsə, hansı gündən sərəncam olarsa, işə qoşmağa hazırıq”. Builki qış mövsümündə paytaxtda 550 qazanxana və 90 istilik məntəqəsinin işlək vəziyyətdə olması planlaşdırılır. Rövşən Tağıyev – Sahə rəisi: “Bu qazanxanalardan, istilik məntəqələrindən 3850 yaşayış binası, 290 məktəb 160 səhiyyə obyekti, 150 uşaq bağçası və 1600-ə qədər kommersiya obyekti istiliklə təmin olunacaq”. Biləcəri qəsəbəsində əlavə qazanxananın işə düşməsi ilə 5 yaşayış binası istiliklə təmin olunacaq. https://www.youtube.com/watch?v=km9qGBFkQuMBinalara istilik nə vaxtdan veriləcək? — VİDEO



Evlərə istilik niyə verilmir? - RƏSMİ AÇIQLAMA
Bakı şəhərində istilik mövsümünə start verildi
Əhalinin nəzərinə - Sabahdan istilik verilir
Binalarda yaşayanlara şad xəbər:SABAHDAN İSTİLİK VERİLƏCƏK
Bakıda bu ərazilərə niyə istilik verilmir?
Binalara istilik vaxtından tez verilə bilər - Açıqlama
Bakı və rayonlara istiliyin verilməsi nə vaxt bərpa olunacaq?
Bu gün evlərə verilən istilik bitir: Vaxt uzadılacaq?
Bu ərazilərdə istiliyin verilməsinə başlanıldı
İstilik sistemləri ilə bağlı YENİLİK
Əl və ayağın soyuq olmasının QORXUNC FƏSADLARI: temperaturun aşağı düşməsi....
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 