“Azəristiliktəchizat” aidiyyəti qurumlarla məsləhətləşmələr aparmadan mərkəzləşdirilmiş istilik sistemini dayandırmır. Bu sözləri Azəristiliktəchizat ASC-nin mətbuat katibi Rafiq Əliyev mövsümi qrafikə əsasən bu gecədən etibarən dayandırılacaq mərkəzləşdirilmiş istilik sistemi ilə bağlı danışarkən deyib. R.Əliyev bildirib ki, ASC hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatları əsasında müvafiq araşdırmalar aparır: “Yəqin ki, gün ərzində bu barədə müvafiq qərar qəbul ediləcək. Qərardan sonra məlum olacaq ki, mövsümün müddəti uzadılacaq, ya yox. Çünki biz həmişə qərarı nazirliyin proqnozları əsasında qəbul edirik. Aidiyyəti qurumlarla birgə iş aparılır”. R.Əliyev onu da qeyd edib ki, mərkəzləşdirilmiş islilik sisteminin verilmə müddətinin uzadılması ancaq hava temperaturundan asılıdır: “Havanın temperaturu fəsil normalarından aşağı olacağı halda istiliyin verilmə müddəti uzadıla bilər. Digər hallarda uzadılması isə müəyyən qərarlar əsasında olur. Günün sonunda hansı qərar verildiyi məlum olacaq”. Xatırladaq ki, mərkəzləşdirilmiş istiliyin mənzillərə verilməsi hər il 15 noyabr tarixində başlayır, 15 aprel tarixində isə dayandırılır.
Bu gün evlərə verilən istilik bitir: Vaxt uzadılacaq?



Əhaliyə şad xəbər: Vaxt uzadıldı
Bakıda bu ərazilərə niyə istilik verilmir?
Evlərə istilik niyə verilmir? - RƏSMİ AÇIQLAMA
Binalara istilik vaxtından tez verilə bilər - Açıqlama
DİQQƏT- Bu gecə hava kəskin soyuyur
Əhalinin DİQQƏTİNƏ: Bu gündən dayandırılır
Bəzi binalara istilik niyə verilməyib? - SƏBƏB
İstilik sistemləri ilə bağlı YENİLİK
Əhali istilik xidmətinin 12%-nin pulunu ödəməyib
Tarif Şurasından istilik xidmətinin qiymətilə bağlı AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 