Enerji təchizatı sisteminin yenidən qurulması və təkmilləşdirilməsi “Azərbaycan Dəmir Yolları” QSC-nin apardığı yeniləşmə prosesinin əsas tərkib hissələrindən biridir. ONN media xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına dəmir yolunun Biləcəri-Yalama sahəsində dartı yarımstansiyaları tikilir. Həmin yarımstansiyalar dartı cərəyanının sabit cərəyandan dəyişən cərəyana keçirilməsini təmin edəcək. Biləcəri-Yalama sahəsində Xızı rayonunda Yaşma, Siyəzən ərazisində Qızılburun, Xaçmazda Çarxı və Yalama dartı yarımstansiyalarının tikintisi başa çatmaq üzrədir. Binəqədi rayonundakı Biləcəri dartı yarımstansiyasında isə bu günədək işlərin 33,4%-i yerinə yetirilib. Bununla da Biləcəri-Yalama sahəsində sabit cərəyanla işləyən mövcud 10 dartı yarımstansiyası dəyişən cərəyanla işləyən 5 yeni dartı yarımstansiyası ilə əvəzlənəcək. Məlumat üçün bildirək ki, növbəti ildən Biləcəri-Yalama sahəsində yolların əsaslı təmiri planlaşdırılır. Bu prosesə start verilməsi həm də işarəvermə rabitə və enerji təchizatı sahələrinin də yenidən qurulmasına şərait yaradacaq. Dartı yarımstansiyalarının aparılan islahatlara uyğun olaraq qurulması dəmir yolunda hərəkətin intensivliyinin saxlanmasına yol açacaq.
Qatardan istifadə edənlərə ŞAD XƏBƏR



Biləcəri lokomotiv deposunda günəş enerjisindən istifadə ediləcək
Prezident sərəncam imzaladı
İlham Əliyev yeni Biləcəri lokomotiv deposunun açılışında iştirak etdi
Sərnişinlərə MÜJDƏ - Daha bir rayona sürət qatarı olacaq
Bakı- Sumqayıt qatarında ləngimə olub
Prezident bu rayonla bağlı sərəncam imzaladı
İlham Əliyev: "Qəbələ və Qusara dəmir yolu xətləri çəkiləcək"
Bakı-Ağstafa qatarı ilə bağlı - SON VƏZİYYƏT
Bu ərazilərdə qaz olmayacaq
Bakıda vəzifəli şəxs koronavirusdan öldü
Azərbaycanda güclü yanğın baş verib
İlham Əliyev sərəncam imzaladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 