Gəncə-Ağstafa sahəsində yolların əsaslı təmiri başa çatıb. Azərbaycan Dəmir Yolları QSC Bakı-Gəncə sürətli elektrik qatarının marşrutunun Ağstafaya çatdırılması üçün işlər aparır. ONN media xəbər verir ki, bu barədə Musavat.com-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib. Bildirilib ki, perspektiv planda Bakı-Gəncə sürətli sənişin qatarının marşrutunu Ağstafayadək çatdırmağı planlaşdırır: “Gəncə-Ağstafa sahəsində yolların əsaslı təmiri başa çatıb. Hazırda bu istiqamətdə yoldəyişənlərin yenilənməsi, enerji təchizatı sisteminin yenidən qurulması və təkmilləşdirilməsi, eləcə də rabitə və işarəvermə sisteminin müasirləşdiriləməsi işləri görülür”, - deyə qurumdan bildirilib. Xatırladaq ki, Bakı-Gəncə qatarı ötən il dekabrın 30-dan fəaliyyət göstərir. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. Noyabrın 13-də Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda ölkə başçısı ilə dialoqu zamanı bildirib ki, qatar hazırda Bakıdan Gəncəyə 4 saata gedir. Lakin o, həmçinin qeyd edib ki, sürətin saatda 140-a qaldırılması ilə Bakıdan-Gəncəyə 3 saata çatmaq mümkün olacaq. Qurbanov həmçinin bildirib ki, Gəncə şəhərindən Ağstafa şəhərinə qədər olan yolda işləri tam bitib. "Orada 112-yə yaxın yol ötürücüsü var idi, onların da 67-sini artıq tamamlamışıq. Fikrimiz odur ki, Ağstafaya gediş-gəliş təqribən dörd saat yarıma olsun. Gəncəyə ən gec üç saat yarıma çatsın. Beləliklə, sərnişinlərin məmnunluğu, rahatlığı Sizin göstərişinizlə tam təmin olunacaq", - deyə Cavid Qurbanov ölkə prezidentinə bildirib.
Bakı-Ağstafa qatarı ilə bağlı - SON VƏZİYYƏT



Gözlənilən gün gəldi- Artıq...
Bakı-Gəncə qatarındakı qiymətlər niyə fərqlidir?
Sərnişinlərə ŞAD XƏBƏR - Vaxt qısaldıldı
Bakı-Gəncə qatarının hərəkət cədvəli dəyişdirilir
Bakı-Ağstafa sürət qatarı bu stansiyada da dayanacaq
Bakı-Gəncə sürət qatarında gediş haqqı endirildi
Bakı-Gəncə sürət qatarının Ağstafaya qədər gedəcək?
"Bakıdan Gəncəyə 3 saata da çata bilərik" - Cavid Qurbanov
Azərbaycanda qatar xətti ləğv olunur
Qatardan istifadə edənlərə ŞAD XƏBƏR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 