Türkiyədə Doğu Kütüphanesi (İstanbul) nəşriyyatında Turan Araşdırma Mərkəzi İB-nin sədri, filoloq-tarixçi, içtimai-siyasi xadim, türkoloq professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından növbəti elmi əsərləri “Moisey Xorenatsi anonim keşiş müəllifdir” adlı kitabı türk dilində “Sahte ermeni tarihi ve sahte keşiş yazar Movses Horenatsi” və “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabı Anadolu türkçəsində “Mesrop Maştos alfabe mucidi değil, sahtekar anonim papazdır” adı ilə çapdan çıxıb. ONN media xəbər verir ki, Türkiyədə nəşr olunan ermənilərin uydurma iddialarına son qoyan iki mükəmməl tarixi əsərin tərcüməçisi AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Nərgiz (Nargis) İsmayılovadır. Əsərin baş redaktor tanınmış yazıçı, naşir, jurnalist, tarixçi və tədqiqatçı Erol Cihangirdir. İlk əsər kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək, erməni tarix ədəbiyyatı üçün mötəbər mənbə hesab edilən “erməni tarixinin atası” M.Xorenatsinin şəxsiyyətini təkzib etməklə, kilsədə üç türk dövlətinə (Biaini, Arme, Part) aid olan, lakin “erməniləşdirilmiş” mifoloji və filoloji ədəbiyyat əsasında tərtib edilmiş “Armeniya tarixi” əsərlərinin, habelə keşiş babalarının ənənələrini davam etdirən erməni tarixçilərinin mənsub olduqları xalqa yazdıqları “qədim tarix” kitablarının saxta və uydurma olduğunu elmi əsaslarla sübuta yetirir. İkici əsərdə isə çağdaş erməni tarixçiləri və dilçi alimlərinin əllərində heç bir maddi sübut olmadan yunandilli anonim keşiş Mesrop Maştosu V əsrdə “erməni əlifbası”nı ixtira etmiş “tarixi şəxsiyyət” kimi verildiyi qeyd olunur. Professor Əjdər Tağıoğlu görkəmli dünya linqvist-dilçi mütəxəssis alimlərin gəldikləri son nəticəni ümumiləşdirərək yazır ki, tarixdə nə “Mesrop Maştos” adında əlifba “ixtiraçısı”, nə ermənilərin etnolinqvistikası əsasında sistemə salınmış “erməni əlifbası”, nə də “erməni yazısı” olmayıb.
Naxçıvanlı gənc alim saxta erməni uydurmalarına son qoyan iki elmi əsəri Türkiyə türkcəsinə tərcümə etdi



Əjdər Tağıoğlunun erməni tarixşünaslığı nın şah damarını kəsən əsəri – İstanbulda nəşr edildi
Saxta "Mesrop əlifbası" mifini darmadağın edən əsər Türkiyədə çap edildi
Erməni yalanının ifşası Pakistan mətbuatında davam edir
Erməni yalanının ifşası Pakistan mətbuatında
DƏRƏŞAM: OGUZ-TÜRK MƏZARLIĞI – KİTABI ÇAPDAN ÇIXDI
“Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” kitabı üç dildə çapdan çıxıb
Keşiş Vartanın uydurduğu "erməni Naxçıvanı" mifini tarmar edən əsər
Erməni tarixinin atasına "od vuran" alim - Əjdər İsmayılov
Savaş təkçə səngərdə deyil... – Cavid İSMAYIL yazır
YAP Mərkəzi Aparatında professor Əjdər İsmayılovun anadan olmasının 85-ci ildönümünə həsr olunan konfrans keçirilib
Millət vəkili Fazil Mustafa professor Əjdər İsmayılovla bağlı paylaşım edib- Sayğılarla anırıq
44 günlük əfsanəvi hərb tariximizin görünməyən tərəfləri
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 