Tanınmış ictimai-siyasi xadim, filoloq, tarixçi, türkoloq, ardıcıl olaraq kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək erməni “tarixşünaslığına” sarsıdıcı elmi zərbələr endirən Turan Araşdırma Mərkəzi İB-nin sədri, professor Əjdər Tağıoğlunun (İsmayılovun) növbəti elmi əsəri - "Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir" adlı kitabı üç dildə, anadolu türkcəsi, rus və erməni dillərində çapdan çıxıb.
Kitabın redaktoru AMEA-nın müxbir üzvü mərhum Vəli Əliyev və rəyçisi Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyevdir.
ONN media-nın Turan Araşdırma Mərkəzindən aldığı məlumata əsasən xəbər verir ki, müəllif işğalçı rus imperatorluğunun "Mərkəzi Baş kilsəsi"nin himayədarlığı altında Eçmiədzin kilsəsi qədim Naxçıvanın Oğuz - Türk tarixini dini-mistik əfsanə qəhrəmanı Noyun (Nuhun) mifik şəxsi rəmzində keşişi Vartanın uydurduğu "erməni Naxçıvanı" adı ilə dünya ictimaiyyətinin beynində yerləşdirmişdi. Bu fantastik mif ilk dəfə professor Əjdər Tağıoğlu "Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir" əsərində elmi-tarixi faktlarla darmadağın edir. Müəllif dünya arxeologiyasına söykənərək o nəticəyə gəlir ki, tarixdə nə "Dünya Daşqını" baş vermişdi, nə də dini mistikada guya yeni insan cəmiyyətinin "əcdadı" hesab edilən Noy real şəxsiyyətdir. Bu dini əfsanəni ilk dəfə xristian missionerləri tarixi m.ö. 5000-ci illərə gedib çıxan Şumer-Türk əhalisinin abidəsi olan "Bilqamıs" dastanının XI bölməsindən götürmüş, m.s. "Bibliya"da dövrün dini-siyasi tələblərinə uyğun olaraq, etnik zəmində fantastik əlavələrlə xristian tarixinə çeviriblər.
Müəllif araşdırmasında nəticəyə gəlinir ki, Eçmiədzin kilsəsinin guya XIX əsrin I yarısında yaşamış, əslində heç bir elmi ədəbiyyatda adı qeydə alınmamış, anonim keşiş Vartanın adına uydurduğu "erməni Naxçıvanı" iddiası yarıdilənçi qaçqın, köçəri ermənilərin "qədim Qafqaz tarixi" qədər illuziyadır, mifdir!
Xatırladırıq ki, ilk dəfə azərbaycan dilində 2019-cu ildə işıq üzü görən bu kitabın daha geniş oxucuya çatdırılması üçün kitab Anadolu türkcəsində, rus və erməni dillərində oxucuların ixtiyarına təqdim edilir.
Kitabı Anadolu türkcəsinə çevirən AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, rus və erməni dillərindən tərcümə edənlər Rəhim Babayev və Sənubər Abdullayevadır.



Keşiş Vartanın uydurduğu "erməni Naxçıvanı" mifini tarmar edən əsər
DƏRƏŞAM: OGUZ-TÜRK MƏZARLIĞI – KİTABI ÇAPDAN ÇIXDI
Əjdər Tağıoğlunun erməni tarixşünaslığı nın şah damarını kəsən əsəri – İstanbulda nəşr edildi
Naxçıvanlı gənc alim saxta erməni uydurmalarına son qoyan iki elmi əsəri Türkiyə türkcəsinə tərcümə etdi
"Avesta memarlıq abidəsi: “Keşişçi dağ” məbəd kompleksi" – YENİ KİTAB
Erməni yalanının ifşası Pakistan mətbuatında davam edir
Erməni yalanının ifşası Pakistan mətbuatında
44 günlük əfsanəvi hərb tariximizin görünməyən tərəfləri
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - kitabının təqdimatı olub - Xəzər Universitetində
Zəngəzura aid yeni elmi əsər çapdan çıxdı
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - ADPU-da
“Qədim Ön Asiya və Ön Qafqaz Türk Tayfaları” elmi əsərinin elmi müzakirəsi keçirilib- YENİLƏNƏCƏK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 