Tanınmış ictimai-siyasi xadim, filoloq, tarixçi, türkoloq, kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək erməni "tarixşünaslığına” sarsıdıcı elmi zərbələr endirən Turan Araşdırma Mərkəzi İB-nin sədri, professor Əjdər Tağıoğlunun (İsmayılovun) növbəti elmi əsəri -“DƏRƏŞAM: OGUZ-TÜRK MƏZARLIĞI” adlı kitabı "Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
ONN medianın Turan Araşdırma Mərkəzindən aldığı məlumata görə, kitab Azərbaycan dili, Anadolu türkcəsi və rus dillərində nəşr olunub.
Kitabı Anadolu türkcəsinə uyğunlaşdıran AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, rus dilinə tərcümə edən Lalə Bağırzadədir.
Kitabda indiki Culfa şəhərinin yaxınlığında Araz çayı sahilində 1989-cu ildə rus-erməni təcavüzünə məruz qalanadək qədim Naxçıvan Oğuz türklərinin minilliklərə gedib çıxan tarixinə aid Dərəşam məzarlığından danışılır.
Müəllif Dərəşam məzarlığında Oğuz türklərinin qədim tarixinə şahidlik edən qəbir daşları üzərində həkk olunmuş “Avesta” memarlıq sənətinə aid tişə ustalarının yaratdıqları kompozisiyada olduqca lokonik sənəd dili ilə, Oğuzların dədədən qalma məişətini – Zərdüşti inancına uyğun keçirdikləri dəfn adətinin teoloji və mifoloji obrazlarını, habelə astroloji rəmzlər əsasında “Avesta” memarlıq məktəbinə məxsus üslubda tarixin qan yaddaşında əbədiləşdirilməsindən bəhs edir.



“Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” kitabı üç dildə çapdan çıxıb
"Avesta memarlıq abidəsi: “Keşişçi dağ” məbəd kompleksi" – YENİ KİTAB
Əjdər Tağıoğlunun erməni tarixşünaslığı nın şah damarını kəsən əsəri – İstanbulda nəşr edildi
Keşiş Vartanın uydurduğu "erməni Naxçıvanı" mifini tarmar edən əsər
Naxçıvanlı gənc alim saxta erməni uydurmalarına son qoyan iki elmi əsəri Türkiyə türkcəsinə tərcümə etdi
44 günlük əfsanəvi hərb tariximizin görünməyən tərəfləri
Erməni yalanının ifşası Pakistan mətbuatında davam edir
Erməni yalanının ifşası Pakistan mətbuatında
“Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” yeni nəşrdə
“Qədim Ön Asiya və Ön Qafqaz Türk Tayfaları” elmi əsərinin elmi müzakirəsi keçirilib- YENİLƏNƏCƏK
Saxta "Mesrop əlifbası" mifini darmadağın edən əsər Türkiyədə çap edildi
Zəngəzura aid yeni elmi əsər çapdan çıxdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 