Soyuqdəymənin əsas simptomlarını hamı bilir: hərarətin yüksəlməsi, zəiflik, üşümə, baş, əzələ ağrıları, boğaz ağrısı. Lakin bəzən bu simptomlar adi soyuqdəyməyə deyil, daha ciddi xəstəliklərə işarə edə bilər. Bu səbəbdən əgər “soyuqdəymə” çox uzun çəkir, qeyri-adi simptomlarla müşayiət olunursa, vaxt itirmədən həkimə müraciət edin.
ONN media saglamolun.az -a istinadən xəbər verir ki, qan xərçənginin başlanğıc mərhələlərində hərarətin yüksəlməsi, çox güclü zəiflik, baş və əzələ ağrıları kimi simptomlar meydana çıxır. Bu simptomlarla yanaşı xəstə səbəbsiz arıqlamağa başlayır, dərinin üzərində, xüsusilə sinə, qol və ayaqlarda qırmızı və bənövşəyi ləkələr əmələ gəlir, təngənəfəslik inkişaf edir. Digər soyuqdəyməyə bənzəyən təhlükəli xəstəlik mononukleozdur. Bu xəstəlik zamanı da hərarət qalxır, zəiflik, boğaz ağrısı olur. Mononukleoz çox ciddi fəsadlar verə bilir. Bu fəsadlar arasında immunodefisit, qaraciyər zədələnməsidir. Mononukleozun digər simptomları: boyun limfa düyünlərinin böyüməsi, sinə və üzdə səpkilər. Hərarətin yüksəlməsi, baş ağrısı və zəiflik ağır infeksiya olan meningitə işarə edə bilər. Meningit baş və onurğa beyini qişalarının iltihabıdır. Meningit çox təhlükəli xəstəlikdir və vaxtında və düzgün müalicə olunmdığı halda xəstənin ölümünə səbəb ola bilir. Meningitin digər simptomları arasında: ürəkbulanması və qusma, işığa qarşı həssaslıq, boyun əzələlərinin çox gərgin olması (xəstə boyunu aşağı əyə bilmir). Bəzən elə olur ki, soyuqdəymə keçir, lakin 1-2 həftədən sonra sanki yenidən qayıdır. Bu ağciyər iltihabı olan pnevmoniyaya işarə edə bilər. Pnevmoniya çox ağır xəstəlikdir və vaxtında müalicə olunmadıqda xəstənin ölümü ilə nəticələnə bilər. Pnevmoniyanın simptomları: yüksək hərarət, güclü tərləmə, öskürək, təngənəfəslik.Adi soyuqdəymə ilə səhv salınan 4 TƏHLÜKƏLİ XƏSTƏLİK



Qızdırmanın 5 BİLMƏDİYİNİZ SƏBƏBİ - Tək soyuqdəymə deyil!
Qaraciyərdə problemlərin olmasına işarə edən 9 SİMPTOM
Varikoz xəstəliyinin 6 GİZLİ SİMPTOMU
Koronavirusun 9 yeni simptomu
Koronavirusun 6 forması müəyyənləşdi - ƏLAMƏTLƏR
Soyuqdəymə ilə bağlı 5 YANILMA
Ölümcül yorğunluq QİÇS-in əlaməti ola bilər
Valideynlərin NƏZƏRİNƏ- Yeni virus yayılır
Əhali arasında yayılan xəstəlik... – Nazirlikdən açıqlama
Tez-tez köpürsünüzsə, diqqətli olun! - Bu ağır xəstəliklərə işarə edir
Qripdən qorunmaq üçün ən effektli üsul - Həkim tövsiyəsi
Səhiyyə Nazirliyi: “Qorxulu virus aşkarlanmayıb”
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 