“Ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanıb”. ONN media xəbər verir ki, bunu bu gün Dünya dini liderlərinin II Bakı Sammitində çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, keçən ay Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşünün yekun Bəyannaməsi də ədaləti əks etdirir: “Azərbaycan bu böyük təşkilata sədrliyi öz üzərinə götürüb. 120 ölkənin yekdil qərarı ilə Azərbaycan bundan sonra 3 il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək”. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir: “2003-cü ildən bu günə qədər ölkə iqtisadiyyatı 3,2 dəfə artıb. Savadlılıq 100 faizə yaxındır. Yoxsulluq son 16 il ərzində təxminən 50 faizdən 5 faizə düşüb. Azərbaycan texnoloji inkişafa böyük önəm verir, bu gün dünyanın məhdud sayda ölkələrinin yer aldığı kosmik klubun üzvüdür, 3 peykimiz var. Önəmli nəqliyyat layihələri icra edilir. Bu layihələr, sadəcə, nəqliyyat layihələri deyil, əməkdaşlıq layihələridir. Çünki nəqliyyat elə sahədir ki, qonşu və digər bölgə ölkələri bir-birindən asılı olur. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi artıq beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçir. Bütün bu nailiyyətlər deməyə əsas verir ki, bundan sonra da inkişafımız uğurlu, gələcəyimiz parlaq olacaq”. Prezident İlham Əliyev vurğulayıb ki, uğurlu gələcəyimizin əsas şərti sabitlikdir: “Sabitliyin də təminatçısı Azərbaycan xalqı, onun rəyi, onun bizə verdiyi dəstəkdir. Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir. Eyni zamanda dinlərarası münasibətlər də bizim gücümüzü artırır. Mən əminəm ki, Zirvə Görüşünün çox böyük əhəmiyyəti olacaq və Bakıdan səslənən mesajlar lazımı ünvana çatacaq. Hesab edirəm ki, əsas istiqamətlərdən biri dini ayrı-seçkiliyə yol verməmək, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi, dini abidələri dağıtmamaq və ənənəvi dəyərləri təbliğ etməkdir. Hesab edirəm ki, dediyim bu məsələlər Azərbaycanın bu istiqamətdəki siyasətini əks etdirir. Əminəm ki, Zirvə Görüşünün nəticələri bu istiqamətdə atılmış növbəti addım olacaq. Bir daha qonaqları salamlayır və Zirvə Görüşünə uğurlar arzulayıram”.
“İnkişafımız uğurlu, gələcəyimiz parlaq olacaq” - İlham Əliyev



Ölkə başçısı: Sabitliyin təminatçısı Azərbaycan xalqıdır
Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçdi
Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz qazandı
Azərbaycan buna müvəffəq olub - İlham Əliyev
Qoşulmama Hərəkatın Bakı Siyasi Bəyannaməsi qəbul edildi
İslahatlara böyük ehtiyac duyulur – İlham Əliyev
Prezident: Azərbaycanda sürətli inkişaf dövrü yaşanır
Prezident Cavad Zərifi qəbul etdi
Qoşulmama Hərəkatına üzv olan ölkələrə VACİB TƏKLİF
Azərbaycan üzv ölkələrin maraqlarını qətiyyətlə qorudu
Prezident İranın Xarici İşlər nazirini qəbul etdi
“İqtisadi siyasətimiz mükəmməldir” – İlham Əliyev
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 