Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkiblər. ONN media xəbər verir ki, bu barədə BQXK -nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Onun sözlərinə görə, BQXK-nin nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə oktyabrın sonu və noyabrın əvvəlində baş çəkiblər. "Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”. Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Dilqəm və Şahbazdan YENİ XƏBƏR VAR



BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Dilqəm və Şahbazdan XƏBƏR VAR
BQXK nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan hərbçisinə yenidən baş çəkiblər
Dilqəm Əsgərov Şuşa həbsxanasından "Əzrail"ə SƏSLƏNDİ
Azərbaycan vətəndaşı Ermənistana keçib? - AÇIQLAMA
BQXK əməkdaşları əsir hərbçilərimizə baş çəkdi
BQXK-dan əsirlərlə bağlı AÇIQLAMA
Girovların həyatı təhlükədə: “Onları itirə bilərik…”
İlham Əliyev BQXK prezidentinə Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı
Əsir hərbçilərimizdən yeni xəbər - Açıqlama
Əsir götürülən erməni zabitlə bağlı danışıqlar başladı
Qarabağda yaşayan erməniəsilli şəxslərə nələr göndərilib?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 