Sonuncu dəfə sentyabr ayında BQXK nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına baş çəkiblər. Onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqələri yaradılıb.
ONN media xəbər verir ki, bu sözləri açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Aqşin Qabil oğlu Bəbirov və Hüseyn Əhliman oğlu Axundov ilə bağlı danışarkən deyib.
“Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, - Hüseynova bildirib.
Qeyd edək ki, 2023-cü ilin aprelində Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan ərazisində keçib.
Hər iki hərbçi Ermənistan tərəfindən əsir götürülüb və onlara qarşı saxta ittihamlar irəli sürülüb. Aqşin Bəbirov 11,5, Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.



BQXK nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan hərbçisinə yenidən baş çəkiblər
BQXK əməkdaşları əsir hərbçilərimizə baş çəkdi
BQXK-dan əsirlərlə bağlı AÇIQLAMA
Dilqəm və Şahbazdan YENİ XƏBƏR VAR
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Əsir hərbçimizə hökm oxundu
Əsir götürülən erməni zabitlə bağlı danışıqlar başladı
Azərbaycan vətəndaşı Ermənistana keçib? - AÇIQLAMA
Ermənistanda əsir saxlanılan hərbçilərimiz həbs olundu
Qızıl Xaç Komitəsi azərbaycanlı hərbi əsirlərə BAŞ ÇƏKİB
Əsir düşən hərbiçilərimizlə bağlı daha bir xəbər
Ermənilər Hüseynə ömürlük cəza tələb edirlər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 