Aralıq dənizi Dərman Aromatik Bitkilər Dərnəyinin başçısı, professor Nazim Şekeroğlu kosmetik məhsulların dəriyə zərərlərini izah edib. ONN media xəbər verir ki, professor Antalyada keçirilən "3-cü Beynəlxalq Kosmetik Konqres" çərçivəsində verdiyi açıqlamda kosmetik məhsulların tərkibində 170 kimyəvi maddə və ağır metallar olduğunu qeyd edib: “Ölkəmizdə və dünyada kosmetik məhsulların istifadəsi getdikcə artır. İnsanlar gözəl olmaq, gənc qalmaq istəyirlər. Bunun üçün xüsusilə gənclər kimyəvi tərkibli kosmetik məhsullardan istifadə edirlər. Bir qadın gündə 12 fərqli kosmetik məhsul istifadə edir. Onların tərkibində 170 fərqli kimyəvi maddə var və əksəriyyəti ağır metallardan ibarətdir. Yemədiyiniz bir şeyi üzünüzə tətbiq etməyin. Əvəzinə daha təbii tərkibli məhsullara üstünlük verin”. Bir sıra qurumlarla birlikdə kimyəvi tərkibi olmayan sağlam kosmetik məhsullar istehsal etmək üçün çalışdıqlarını dilə gətirən Şekeroğlu sözlərinə belə davam edib: "Beynəlxalq arenada Türkiyənin təbii kosmetikalarının ön plana çıxacağını düşünürük. Ən böyük istehsalçılar Çin və Hindistan olacaq. Türkiyə ilk beş ölkə arasında olacaq. Kosmetik məhsulların dövriyyəsinin dünyada 2025-ci ilə qədər 500 milyard dollara qalxması gözlənilir. Təbii kosmetikalar 50 milyard dollar təşkil edir. Lakin hesab edirəm ki, 2050-ci ildə təbii kosmetikalar 50 faizə çatacaq. Türkiyənin bu sektordakı payının daha da artacağını düşünürük”. Professor xüsusilə gənc yaşlarından tez-tez kosmetika istifadə edənlərdə dəri xərçəngi, iltihab və yaraların meydana gəlməsinin kosmetikaların tərkibindəki kimyəvi maddələrə bağlı olduğunu qeyd edib.(publika.az)
Kosmetika istifadə edənləri gözləyən dəhşətli təhlükə! - PROFESSOR AÇIQLADI



Dərini qocaldır, sızanaqlara səbəb olur - Kosmetkanın bilmədiyiniz ziyanları
Göz qələmini 3 aydan artıq işlətməyin – XƏBƏRDARLIQ!
Kosmetik vasitənin keyfiyyəti necə müəyyən edilir? - DERMATOLOQDAN AÇIQLAMA
Kosmetika mağazalarında hansı qaydalar var?
Hər gün bu kosmetik vasitədən istifadə edirsinizsə MÜTLƏQ OXUYUN
Bu şəxslərə qaralmaq olmaz
Uşaq bezlərində BÖYÜK TƏHLÜKƏ
Kosmetika qabında ƏN TƏHLÜKƏLİ ƏŞYA NƏDİR?
İnanılmaz dərəcədə zərərli olan qida nədir?
Gözaltı torbaları evdə də yox edə bilərsiniz
Dəridəki ölü hüceyrələri təmizləyəcək 5 ÜSUL
Türkiyədə kosmetik fabrikdə gücle yanğın olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 