Tbilisidə Gürcüstan parlamentinə bütün girişləri ötən gün axşamdan bloklayan etirazçılar deputatların qanunverici orqana daxil olmalarına imkan vermirlər. ONN media xəbər verir ki, hakim Gürcü Arzusu Partiyasının deputatı Revaz Arveladze bu günə təyin olunan komitə iclasında iştirak etmək üçün parlamentə gəlib. Aksiyaçılar parlament üzvünü fitlə qarşılayaraq onun binaya daxil olmasına icazə verməyiblər. Etirazçılar R.Arveladzeni hakim partiyanın rəhbərlik etdiyi parlament çoxluğunu tərk etməyə çağırıblar. Zuqdidinin majoritar deputatı Merab Kvaraya da parlament binasına buraxılmayıb. Parlament üzvü noyabrın 14-də paralamentdə proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsini dəstəkləməyib. Qeyd edək ki, ötən gün parlamentin binası qarşısında müxlaifətin və ictimai fəalların keçirdikləri etiraz aksiyasında qanunverici orqanın bütün darvazaları qıfıllanıb və giriş qapılarında çadırlar qurulub. Bununla yanaşı, parlament binasına aparan yollarda qum və daş qırıqlarının olduğu kisələrdən barrikadalar quraşdırılıb. Etirazçılar tələbləri təmin edilməyənə qədər parlamentin bloklanmasını davam etdirəcəklərini bildiriblər. Tələblər proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsi, hökumətin istefası və Mərkəzi Seçki Komissiyanın tərkibinin dəyişdirilməsidir.
Gürcüstanda etirazçılar deputatları parlamentə buraxmırlar



Tbilisidə etirazlarla bağlı SON DURUM: parlament binası qarşısında...
Parlament qarşısında ETİRAZ AKSİYASI
Tbilisidə etirazçılar aclıq askiyasına başladılar
Gürcüstan parlamentinə yeni SƏDR SEÇİLDİ
Gürcüstan hakimiyyətinə 3 saat vaxt verildi
Gürcüstanda parlament seçkilərinin rəsmi nəticələri AÇIQLANDI
Tbilisidə etiraz aksiyası zamanı 52 nəfər xəsarət alıb - YENİLƏNİB
İrəvanda parlament binasının qarşısında GƏRGİNLİK
Gürcüstan parlamentinin qarşısında kütləvi aksiya keçirilir
Tbilisidə yenidən yürüş başladı
Gürcüstan parlamentinə 3 azərbaycanlı deputat seçildi
Gürcüstan parlamentində azərbaycanlı deputatların sayı artdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 