Tbilisinin mərkəzində müxalifətin Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrinə etiraz olaraq yürüşü başlayıb.
ONN media xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Tbilisi Dövlət Universitetinin yaxınlığında toplaşan etirazçılar Rustaveli prospektində, bir gün əvvəl də müxalifətin böyük mitinqi keçirildiyi parlament binasına doğru yürüş etməyi planlaşdırırlar. Qeyd olunur ki, aksiyaya dünənkindən daha az adam toplaşıb.
Nümayişçilər Gürcüstanın, Avropa İttifaqının bayraqları, eləcə də avropapərəst şüarlar yazılmış plakatlar daşıyırlar. Hazırda polis əməkdaşlarının nəzarəti altında yürüş insidentsiz keçirilir.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin 150 deputatdan ibarət ali qanunverici orqanında yerlər uğrunda 20-yə yaxın partiya mübarizə aparıb. Ardıcıl 12 il hakimiyyətdə olan hakim “Gürcü arzusu” partiyası 54,3% səslə qalib gəlib. Bir neçə partiya parlamenti boykot elan edib, müxalifət partiyası olan “Dəyişiklik Koalisiyası” isə deputat mandatlarından və dövlətin maliyyə dəstəyindən imtina edib. Gürcüstan müxalifəti seçkinin nəticələrini tanımır və yenidən səsvermənin keçirilməsini tələb edir



Gürcüstan müxalifəti etiraz aksiyası keçirdi
Gürcüstanda parlament seçkilərinin rəsmi nəticələri AÇIQLANDI
Gürcüstan prezidenti əhalini etiraza çağırdı
Gürcüstan parlamentinin qarşısında kütləvi aksiya keçirilir
Gürcüstanda hakim və müxalif tərəfdarlar arasında dava: yaralılar var
Gürcüstanda səslər yenidən sayılacaq- SƏBƏB NƏDİR?
Tiflisdə etiraz aksiyaları davam edir
Gürcüstanda xalq aksiya keçirir
Gürcüstanda etirazçılar deputatları parlamentə buraxmırlar
Saakaşvili ELAN ETDİ: "Gürcüstanda hakimiyyət dəyişir"
Tbilisidə Aİ bayrağı yandırıldı
Tiflisdə yenidən etiraz aksiyası keçirilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 