İranda benzinin bahalaşmasından əldə olunan gəlirin bir qismi xalqa veriləcək. ONN media xəbər verir ki, rəsmi Tehran etiraz aksiyalarına səbəb olan benzin bahalaşmasından qazanılan gəlirdən ailələrə 55-205 min tümən arasında yardım ayıracaq. Ötən gün Nazirlər Kabinetinin toplantısından sonra açıqlama verən prezident Həsən Ruhani daha əvvəl vəd edilən subsidiyaların bu gündən etibarən hesablara yatırılması üçün Büdcə və Planlaşdırma Qurumuna təlimat verib. Prezident ən aşağı gəlirli təbəqədən başlayaraq 60 milyon insana ödənməsi planlaşdırılan subsidiyaların hamısının bu həftənin sonuna qədər göndəriləcəyini bildirib. O, cümə günü benzinin bahalaşması ilə bağlı verdiyi açıqlamada 4 ildir ki, bunu etmədiklərini, artımın xalqın mənfəəti və aşağı gəlirli vətəndaşlara yardım məqsədilə edildiyini demişdi. Yeni qərarın etiraz aksiyalarını səngidə biləcəyi sual altındadır. İranda hazırda 18 milyon ailəyə adambaşına 45 min tüməndən başlayaraq humanitar yardım verilir. Qeyd edək ki, İranın 82 milyon əhalisi var. Xatırladaq ki, etiraz aksiyalarında 100 bank şöbəsi, onlarla hökumət binası və iş yeri yandırılıb, mindən çox etirazçı həbs olunub.(publika)
SON DƏQİQƏ: İranı çalxalayan aksiyada Ruhanidən GÖZLƏNİLMƏZ QƏRAR



Benzinin qiyməti bahalaşdı
Benzin 2,5 dəfə bahalaşacaq – YENİ QİYMƏT
Ruhanidən xalqa çağırış - İlk dəfə
Aİ-95 markalı benzinlə bağlı YENİLİK
Benzinin qiyməti ilə bağlı YENİ QƏRAR
SON DƏQİQƏ: Ölkədə bu benzinin də qiyməti bahalaşdı
SON DƏQİQƏ: "Aİ-95" və "Aİ-98" benzinin qiyməti QALXACAQ
İranda hökumət tərəfdarları da KÜÇƏLƏRƏ AXIŞDI
Azərbaycanda benzinin qiyməti bahalaşdı
ŞAD XƏBƏR: Sabahdan Azərbaycanda benzinin qiyməti...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 