Bu dəfə də sürücülər "Aİ-95" markalı benzinin keyfiyyətindən narazılıq ediblər. Onlar iddia edirlər ki, avropada olan eyni markalı benzinin oktanı ölkəmizdə hazırda satışda olan "Aİ-95" markalı benzindən çox fərqlidir. Yəni daha yaxşıdır.
''Aİ-95 markalı benzinin oktanı zəifdir''. Bu fikri sürücülər səsləndirirlər. Onlar iddia edirlər ki, xaricdən idxal edilən "Aİ-95" markalı benzinin oktanı, yerli istehsal olan "92" markalı benzindən heç də fərqlənmir.
Sürücü Arif İsmayılov da bir ay əvvəl Avropadan özünə avtomobil alıb. O, iddia edir ki, yeni nəsil avtomobilinin çəninə təyinatına uyğun olaraq Aİ-95 markalı benzin doldurub. Amma ortaya çıxan problemlər bunu deməyə əsas verir ki, 95 markalı benzinin tərkibi, Avropada olanla müqayisədə zəifdir.
Ustalar da deyirlər ki, son bir neçə aydır, yeni nəsil avtomobillərdə yanacaqla bağlı bir sıra problemlər ortaya çıxır. Ustalar müxtəlif yanacaqdoldurma məntəqələrindən aldıqları 95 markalı benzini oktan ölçən cihazla yoxlayıblar. Həqiqətənmi Aİ-95 markalı benzinin kefiyyəti aşağıdır?
Ortaya sual çıxır: madam "Aİ-95"in keyfiyyətindən bu qədər narazılıq var, onda bu keyfiyyətdə premium adı ilə gətirilən benzin hansı ölkədən idxal olunur? Bəzi böyük yanacaqdoldurma şirkətləri avropadan özləri 95 markalı benzin idxal etdikləri üçün, iddialara onlardan da cavab istədik. Onlardan Aİ-95 markalı premium yanacağına hansısa bir müdaxilə edib etmədiklərini soruşsaq da, sualımız cavabsız qaldı. Eyni sualı ''SOCAR''ın rəsmi elektron ünvanına da göndərdik. Qurumdan bildirdilər ki, sorğu 5 iş günü ərzində cavablandırılacaq.



SON DƏQİQƏ: "Aİ-95" və "Aİ-98" benzinin qiyməti QALXACAQ
"Aİ-95" və “Ai-98” benzin bahalaşdı - RƏSMİ SƏBƏBLƏR
ŞAD XƏBƏR: Sabahdan Azərbaycanda benzinin qiyməti...
Ölkəmizdə bu benzinin də qiyməti bahalaşdı
SON DƏQİQƏ: Ölkədə bu benzinin də qiyməti bahalaşdı
Azərbaycanda benzinin qiyməti bahalaşdı
SOCAR-dan benzinin qiyməti ilə bağlı AÇIQLAMA
Azərbaycanda benzinin qiyməti bahalaşdı
“Premium Euro-95” və “Super Euro-98” markalı benzinin QİYMƏTİ dəyişdi
SOCAR-dan benzin qiymətləri ilə bağlı - AÇIQLAMA
PİS XƏBƏR- Azərbaycanda benzin bahalaşacaq
Sabahdan Azərbaycanda benzin BAHALAŞIR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 