Sumqayıt şəhərinin səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb. ONN media bildirir ki, şəhərin əsas mərkəzi hisslərində bir neçə helikopter uçuş həyata keçirib. Bu zaman helikopterlərdən insanların sıx olduğu ərazilərə dəvətnamələr atılıb. Sakinlər helikopterlərdən atılan dəvətnamələri təəccüblə qarşılayıblar. Dəvətnamələrdə "Sizi, Sumqayıt şəhərinin 70 illiyi münasibəti ilə 19 noyabr 2019-cu il tarixdə, saat 10:30-da Sumqayıt Dövlət Dram Teatrının qarşısında keçiriləcək təntənəli yubiley tədbirinə və axşam saat 18:00-da möhtəşəm bayram konsertinə dəvət edirik" sözləri yazılıb. Qeyd edək ki, Sumqayıt şəhərinin 70 illiyi münasibəti ilə noyabrın 19-u saat 10:30-da şəhərin Azərbaycan prospekti boyunca hərbçilərin və şəhər ictimaiyyətinin iştirakı ilə möhtəşəm parad keçiriləcək. Daha sonra axşam saat 18:00-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert və atəşfəşanlıq təşkil ediləcək. Xatırladaq ki, 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib.
Sumqayıtda helikopterlə sakinlərə dəvətnamə atıldı - ŞOK



Sumqayıtda möhtəşəm gecə görüntüləri... - Foto
“Nizami” kinoteatrı sökülür... - Foto
Sumqayıtda qaz olmayacaq
İlham Əliyev Sumqayıta səfər etdi (YENİLƏNİR)
Sabah bəzi ərazilər qazsız qalacaq
Sumqayıtda “Bu şəhərdə”nin konsertinə qadağa qoyulub?
Novruz bayramı ilə bağlı möhtəşəm konsert proqramları keçiriləcək
Sumqayıt stadionu təmirə bağlandı
İlham Əliyev Sumqayıtda açılışdadır
Prezidentdən Sumqayıtın icra başçısı ilə bağlı SƏRƏNCAM
Sumqayıtda sexdə güclü yanğın baş verib
Müəllimənin meyiti tapıldı - Sumqayıtda
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 