Sumqayıt şəhərində “Bu şəhərdə”nin komandasına konsert təşkil etməyə icazə verilməyib.
ONN media xəbər verir ki, bu barədə “Bu şəhərdə” komandasının bədii rəhbəri Müşfiq Abbasov məlumat yayıb.
O bildirib ki, konsert üçün Sumqayıt İH-nə müraciət ediblər.
“Mart ayında konsertlərimizin keçirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə (Zakir Fərəcova və onun müavini Teymur Səmədova) iki məktub ünvanlamışıq, nəticədə bizə məlum olmayan səbəbdən Sumqayıtda "Bu şəhərdə"nin konsertlərinin keçirilməsinə icazə verilmədi. "Bu şəhərdə" Sizin şəhərdə olmayacaq”, - deyə M.Abbasov sumqayıtlılara müraciətində qeyd edib.
Sumqayıt şəhər icra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev bildirib ki, "Bu Şəhərdə"nin növbəti konsert proqramının Sumqayıtda keçirilməsində hər hansı problem yoxdur:
"Sumqayıt şəhərində son illərdə digər sahələrdə olduğu kimi mədəniyyət sahəsinə də xüsusi diqqət yetirilir. Mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb və şəhərdə davamlı olaraq insanların mədəni istirahəti üçün kütləvi tədbirlər keçirilir, konsertlər təşkil olunur. “Bu şəhərdə” komandası da ötən ilin mart ayında Sumqayıt səhnəsində olub, yüksək səviyyətə konsert proqramları təşkil olunub. “Bu şəhərdə”nin konsert proqramında şəhər rəhbərliyi eləcə də şəhər ictimaiyyəti iştirak edib.
Əgər bu il də Sumqayıt şəhərində konsert proqramı ilə iştirak etmək niyyətləri varsa və şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıblarsa, ötən il olduğu kimi yenə də konsertlərini keçirə bilərlər. Onu da qeyd edək ki, İcra hakimiyyəti tərəfindən “Bu şəhərdə” üzvlərinə “yox” cavabı verilməyib". Unikal.org



İcra Hakimiyyəti “Bu şəhərdə”yə yenə icazə vermədi
İcra başçısı peyvənd olundu
“Bu şəhərdə”dən gözlənilməz ADDIM
"Bu şəhərdə" Mir Şahini parodiya etdi
"Bu şəhərdə" kollektivi bu dəfə Moskvada konsert verdi
Prezident Sumqayıta getdi
Sumqayıtda helikopterlə sakinlərə dəvətnamə atıldı - ŞOK
“Bu şəhərdə” komandasının üzvünə BÖYÜK ŞOK: evini əlindən aldılar - VİDEO
Zakir Fərəcov işdən çıxarıla bilər?- ŞOK İDDİA
Sumqayıtda Türkiyə bayrağını endirməyə cəhd ediblər? - AÇIQLAMA
Sumqayıtda olar, Bakıda yox? - NARAZILIQ
“Bu şəhərdə” Ramin Bayramlını parodiya etdi - Video
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 