Bakıda yüzlərlə sakinin yaşadığı ərazidə heç bir küçə adı yoxdur.
ONN media Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Xəzər rayonu, Binə qəsəbəsinin “Hövsan südçülik sovxozu” adlanan ərazisindən gedir. Vəziyyətdən çıxış yolunu isə sakinlər özləri tapıblar. Onlar yaşadıqları küçəyə Milli Qəhrəman Mübariz İbrahimovun adını veriblər.
Bununla belə, sözügedən ərazidə küçələrin adlarının olmaması sakinlərə problemlər yaradır. Sakinlər deyirlər ki, mövcud vəziyyətə görə bir çox hallarda təcili tibbi yardım avtomobilləri dəqiq ünvanı tapmaqda çətinlik çəkirlər.
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov bildirdi ki, küçə adları ilə bağlı sakinlər ərazi üzrə qəsəbə nümayəndəsinə rəsmi qaydada müraciət etməlidirlər.
Bundan sonra isə qəsəbə nümayəndəsi rəsmi müraciəti icra hakimiyyətinə çatdırır. İcra hakimiyyəti də öz növbəsində küçə adının verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir və bu məsələ araşdırılır. Daha sonra isə müvafiq qərar qəbul edilir.



Bakının bu ərazisi “it qorxusu” ilə yaşayır - Foto
Bakının bu ərazisindən sakinlər köçürüləcək
Valideynlər övladlarını bu yolla məktəbə aparmaqda çətinlik çəkirlər - SƏBƏB
Paytaxtda küçə adları ilə bağlı Komissiya yaradıldı
Mübariz İbrahimovun ev muzeyi tikilir
Bakıda bu küçələrin adları dəyişdiriləcək
Xətaidə tikintiyə ETİRAZ: icra başçısı hadisə yerinə gəldi
Bu yol sakinlər üçün təhlükə saçır - VİDEO
Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapdılar - FOTO
Masallıda təhlükəli vəziyyət nə vaxt aradan qaldırılacaq? - Rəsmi Açıqlama
Prezident göstəriş verdi: bu küçə onun adını daşıyacaq
Bakıda iki icra başçısına xəbərdarlıq edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 