Bakının adları qəribə olan küçələri, yeni salınan və adsız məhəllələri haqqında araşdırma aparılır. Həmin küçələrin adları dəyişdiriləcək, bundan əlavə, yeni küçələrə adlar veriləcək.
ONN media xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində yeni formalaşdırılan küçə adları ilə bağlı Komissiya bu istiqamətdə aktiv iş aparır. Ümumi qərara əsasən, bir çox küçələrə şəhidlərin, Milli Qəhrəmanların, görkəmli şəxsiyyətlərin adları veriləcək.
Komissiyanın sədr müavini Elmin İmanov bildirib ki, artıq adları dəyişdiriləcək küçələrin, yeni məhəllələrin siyahısı hazırlanıb. Onun sözlərinə görə, pasportlaşdırma mərhələsində Bakı rayonlarının icra başçılarının müavinləri də iştirak edirlər.
“Hazırlanan siyahı əsasında dəyişim, yenilənmə həyata keçiriləcək. Yeni adlar verilərkən, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən şəhidlərimizin adlarının qanunvericiliyə uyğun olaraq əbədiləşdirilməsi, Azərbaycana xidmətlərinə görə, ölkənin ictimai-siyasi, mədəni həyatında fərqlənən şəxslərin adlarının küçələrə verilməsi nəzərə alınacaq”, - deyə Elmin İmanov vurğulayıb.
Qeyd edək ki, üç il öncə Bakıdakı qəribə küçə adları ilə bağlı siyahı yayınlanmışdı. Binəqədi rayonunda yerləşən “Keçid məhəllə”, “Vtorçermet - Yusifzadə”, “Rezervuar”, “İzlivnoy”, “Stroydetal”, “2-ci dəmiryol küçəsi”, “3-cü dəmiryol küçəsi”, “1-ci - 15 ci sıra küçələri”, “Vorovski”, “Xutor”, Yasamal rayonu ərazisindəki “7-ci Sallaqxana”, Nəsimi rayonunda yerləşən “22-ci dairə”, “Kərpic”, “7-ci Sverdlov”, “Todorski”, “Droqal” küçələri, “İnşaatçılar” prospekti və s. kimi küçələr həmin siyahıda yer almışdı.
2019-cu ildə hazırlanan xəbərə cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən qeyd olunan küçələrin adlarının dəyişdiriləcəyi bildirilmişdi.
Bu ilin aprel ayında isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən paytaxtdakı küçə və prospektlərin inventarlaşdırılması, onlara adların verilməsi və dəyişdirilməsi ilə bağlı Komissiya yaradılıb. Komissiyaya adları çəkilən və digər küçələrin yer aldığı siyahı təqdim olunub.



Paytaxtda küçə adları ilə bağlı Komissiya yaradıldı
Rusiya səfirlikləri yerləşən küçələrin adı dəyişdirildi
Qarabağdakı erməni adları silinir
Azərbaycanda 27 yaşayış yerinin adı dəyişdirilə bilər - SİYAHI
Yeni Ayfon modellərinin ADLARI
Ötən il uşaqlara qoyulmuş ən populyar ADLAR - İlk “10-luq”
4 küçəyə şəhidlərin adı verildi
Xankəndidəki küçələrin yeni adları məlum oldu
Sakinlər bu küçəyə Mübariz İbrahimovun adını verdilər
Bu adların qoyulması QADAĞAN EDİLDİ - SİYAHI
Azərbaycanda yeni ŞƏXS ADLARI lüğətə daxil ediləcək
Bu adları körpələrinizə qoya bilərsiniz
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 